“Ənənəvi dinlərə qarşı əsl müharibə gedir”

13:33 14-11-2019 | icon 350 | Cəmiyyət
“Ənənəvi dinlərə qarşı əsl müharibə gedir”

“Son on illiklər dünyanın müxtəlif nöqtələrində çox saylı münaqişələr, terrorçuluğun görünməmiş vüsət alması ilə yadda qaldı”.

 

Versus.Az xəbər verir ki, bunu Dünya liderlərinin II Bakı Sammitinin açılış mərasimində Moskva və bütün Rusiyanın patriarxı Kirill deyib.

 


O bildirib ki, terrorçular günahsız, adi insanların qanını axıdırlar:

“Şri-Lanka, Yeni Zelandiya, Suriya, İraq, Əfqanıstan, Almaniya, Fransa – bu son iki ildə dünyanı sarsıtmış terror aktlarının törədildiyi ölkələrin kiçik siyahısıdır. Etiraf etməliyik ki, ənənəvi dinlərə qarşı əsl müharibə gedir. Şəhər və kəndlərdə, informasiya məkanında, ən vacibi insanların şüurunda və qəlbində gedən bu müharibənin ön cəbhəsində gənc nəslin nümayəndələri vuruşur. Ekstremist hərəkatların ideoloqları gənclərdə həyat təcrübəsinin olmamasından istifadə edirlər. Bu, dini liderlər üçün yeni bir şey deyil. Biz dini liderlər nəinki ekstremizmi rədd etməli və pisləməliyik, o cümlədən müqəddəs yazıya əsaslanan ailə, nikah, böyüklərə hörmət, insanın dini seçiminə hörmət, məzlumlara və kasıblara dəstək kimi şəksiz dəyərləri cəmiyyət daxilində yaymalıyıq”.

 

Moskva və bütün Rusiyanın patriarxı Kirill qeyd edib ki, Bakı qlobal səviyyəli dinlərarası dialoq üçün mühüm məkana çevrilib. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı