Azərbaycana avtomobil idxalı kəskin artıb

15:21 15-11-2019 | icon 479 | İqtisadiyyat
Azərbaycana avtomobil idxalı kəskin artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 35 457 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 83,4% çoxdur.

 

Versus.Az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkəyə 31 934 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal olunub. Bu göstərici son bir ildə 84,1% artıb.

 

Bundan başqa, yanvar-oktyabrda ölkəyə 2 934 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə 70,4% çox) yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 441 ədəd (artım təxminən 2,5 dəfə) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri və 148 ədəd (artım 64,4%) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı