"Artıq danışmaqda və yeriməkdə çətinlik çəkirəm"

09:25 20-11-2019 | icon 417 | Mədəniyyət
"Artıq danışmaqda və yeriməkdə çətinlik çəkirəm"

Hazırda səhhətim normaldır. 91 yaşa görə necə olmaq lazımdırsa, eləyəm.

 

Versus.Az xəbər verir ki, bunu Xalq artisti, ustad sənətkar Əlibaba Məmmədov deyib.  

 

“Artıq 91 yaşındayam. Evdə oturmuşam. Heç bir yerə getmirəm. Danışa və yeriyə bilmirəm. Yəni yeriməkdə çətinlik çəkirəm. Fikirlərimi də cəmləşdirə bilmirəm”, - deyə Əlibaba Məmmədov bildirib.

 

Qeyd edək ki, Əlibaba Məmmədov 1938-ci il fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb. 

 

1945-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-ci illərdə “Azkonsert birliyi”nin solisti olub. 1968-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə “Hümayun” xalq çalğı ansamblını yaradaraq, rəhbərlik edib.

 

Ə.Məmmədov 100-dən artıq mahnı və təsnif yaradıb. Onun ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam dəstgahlarının səs yazıları AzTV-nin Fondunda saxlanılır. /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR