AQTİ-də “Açıq qapı” günü keçirilib

13:38 21-11-2019 | icon 147 | İqtisadiyyat
AQTİ-də “Açıq qapı” günü keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) vətəndaşlar üçün “Açıq qapı” günü keçirilib.

 

Versus.Az xəbər verir ki, görüşdə əvvəlcədən qeydiyyatdan keçmiş vətəndaşlar, həmçinin KİV nümayəndələri iştirak ediblər. AQTİ-nin İdarə Heyətinin sədr müavini Camal Quliyev bildirib ki, “Açıq qapı” gününün keçirilməsində məqsəd vətəndaşlara İnstitutun fəaliyyət istiqamətləri, laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik, keyfiyyət göstəriciləri üzrə aparılan müayinə və analizlər barədə ətraflı məlumat verməkdir.

 

Qeyd olunub ki, qida təhlükəsizliyinin təmin edilməsində vətəndaşların aktiv iştirakını həyata keçirmək üçün onların maarifləndirilməsi vacibdir. “Açıq qapı” gününün təşkili də bu tədbirlərdən biridir. İdarə Heyətinin sədr müavini vətəndaşları bu prosesdə aktiv iştirak etməyə çağırıb.

 

Vətəndaşlara məlumat verilib ki, İnstitutun bazasında Bakıda və regionlarda ən müasir tələblərə cavab verən laboratoriyalar yaradılıb. Seçilmiş potensiallı kadrlar təlimə cəlb edilərək, laboratoriyalarda müvafiq işlə təmin olunublar. Laboratoriyalarda müayinələr beynəlxalq standartlara uyğun, müasir metodlarla həyata keçirilir.

 

O da qeyd olunub ki, laboratoriyalarda yaradılan imkanlar Azərbaycanda əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi ilə yanaşı, qida məhsullarının ixrac imkanlarının genişlənməsinə də şərait yaradır.

 

Görüşdə iştirakçılara Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 1003 - Çağrı Mərkəzinə daxil olan vətəndaş müraciətləri, sahibkarlarla əməkdaşlıq, İnstitutda aparılan elmi araşdırmalar, keçirilən təlimlər barədə də məlumat verilib. Daha sonra vətəndaşlar laboratoriyalarda aparılan müayinələri əyani şəkildə, yerindəcə müşahidə ediblər. Görüş çərçivəsində vətəndaşları maraqlandıran suallar ətraflı cavablandırılıb. Sonda iştirakçılar səmərəli görüşə görə təşəkkürlərini bildiriblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu