Unutqan olmuşam, yaddaşım zəifləyib, nə edim?

07:44 25-11-2019 | icon 443 | Sağlamlıq
Unutqan olmuşam, yaddaşım zəifləyib, nə edim?

Son illər gənc və orta nəsil az qala dünən etdiyi işi, yediyi yeməyi belə unudacaq dərəcədə yaddaş zəifliyindən şikayətlənir. Nəyə görə yaddaşınız zəifləyir, nəyə görə çox şeyləri unudursuz, hətta yazdığınız qeydlər belə yadınıza düşmür?  Çox hadisələr, faktlar beyninizdən silinir? Hansı həkimə müraciət etməli, nə etməli?

 
 
Versus.Az Medicina.az-a istinadən unutqanlığın niyə yarandığını, beyninizdə nə baş verdiyini və çıxış yollarını təqdim edir.
 
 
Yaddaş və unutqanlığa beyində informasiya saxlayıcı sistemlər cavabdehdir. Bəzən bu sistemin işində çökmə ola bilər, bu qısamüddətlidir və obyektiv səbəbləri var. Bəzən isə sistem həmişəlik sıradan çıxır. Hansı hallarda unutqanlığın normal, hansında anormal olmasını ayırd etmək üçün bunları bilməlisiz.
Hər şeyi yadda saxlamaq mümkün deyil.
 
 
İnsanın yaddaşı 4 əsas saxlanc sistemindən ibarətdir:  
 
-İşçi – operativ hissə - burda sizə indi, bu dəqiqə lazım olacaq və saniyələr ərzində yadda saxlanılacaq informasiya yığılır.  Məsələn, telefon nömrəsini və ya kodu tez yadda saxlayıb, 1-2 dəqiqə ərzində istifadə edirsiz. Sonra unudula bilər.
 
 
-Epizodik yaddaş – bir neçə dəqiqə bundan əvvəl baş vermiş və ya 20 il əvvəl baş vermiş epizodik hadisələri saxlayır. Beyində hippokamp deyilən hissə bu yaddaşa cavabdehdir.
 
 
-Semantik yaddaş – insanın dünya, özü, ətrafda baş verənlər barədə qavradığı özünəməxsus bilgilər toplusudur. Sözlər, fikirlər, şeirlər, onların mənaları, obyektlərin adları, oxuduğu kitablar. 
 
 
-Prosedur yaddaş – nəyisə bacarmaq qabiliyyətlər yaddaşı. İnsan bir dəfə velosipeddə sürməyi öyrənir, edir, bu o hissədə yazılır. Buna bədən yaddaşı da deyilir. 
 
 
Unutmaq nə deməkdir?
 
 
Burda hansısa informasiyanın beynin həmin saxlanc arxivindən həmişəlik pozulması demək deyil. Bu artıq amneziya sayılır. Unutqanlıq sənin orda qalan informasiyanı lazım olan anda ordan çıxarmaqda, tapmaqda çətinlik çəkməndir. 
 
 
Dilinin ucunda dolaşa söz, tarix, ad – semantik yaddaş saxlancından onu tapıb çıxara bilmirsən.
Beyni zədələnməyən sağlam insanın nəyisə unutması, dilinin ucunda olması, dəstək olarsa xatırlaması bəzən normal olur. 
 
 
Epizodik yaddaş saxlancından informasiya ala bilməyəndə, məsələn, evdə duz bitib, marketə getməyi unudursan, marketə girsən də, duzu unudursan. 
 
Operativ yaddaş pozulubsa, sən duzu xatırlamısan, marketə girmisən, 1 dəqiqə ərzində duzu alıb çıxmalısan, amma duza çatana kimi zənglə, ya digər ərzağı almaqla fikrin qarışır və bir neçə saniyə öncəki vacib informasiyanı unudursan.
 
 
Unutqanlıqla yaddaş pozğunluğunun fərqi ondadır ki, ciddi yaddaş pozulması zamanı insan həyatı ilə bağlı olan informasiyanı, hadisəni, adı heç vaxt yadına sala bilmir. Bir dəfə də onu xatırlaya bilmir. Beyinə bağlı yaddaş pozulmasında xəstə peşəsi ilə bağlı vərdişini unudur, hər gün getdiyi ünvanı unudur, doğmalarından bəzilərinin adını deyə bilmir. 
 
 
1 il əvvəl, hətta keçən bazar sən hardaydın, nə etmisən, nə yemisən kimi şeylər yadından çıxa bilər, amma əgər 5 dəqiqə öncə nə etmisən, heç xatırlaya bilmirsənsə, bu artıq ciddi siqnaldır.
 
 
Əgər sən 10 il əvvəl bir yerdə oxuduğun insanın adını hətta onu görəndə belə xatırlamırsansa, bu normaldır. Yox əgər siz yaxın qonşunun və ya yoldaşınızın adını unutduzsa, bu artıq demensiya, amneziya, insult, beyinə hər hansı infeksiya düşməsi, alkoqol və ya narkotik vasitənin təsiri kimi səbəblərdən ola bilər və həkimə müraciət etməyə əsasdır.
 
 
Unutqanlığın səbəbləri 
 
Qısa müddətli unutqanlığa səbəb isə stress, həyəcan, yorğunluqdur. Təcrübələr göstərib ki, davamlı stress işçi yaddaş həcmini azaldır. Təşviş pozuntusu, depressiya, nevroz halında  olan insanların huşsuzluq və unutqanlıq problemi sakit insanlara nisbətən çox olur. 
 
 
Son zamanlar insanların telefona, internetə aludə olub gec yatması, yuxusuzluq da söz, yazı, hadisə yaddaşını zəiflədir. Bu zaman insanın yeni bilik alması, peşə öyrənməsi, yeni informasiyanı rahatlıqla yadda saxlaması pozulur. Az yatmaq, yuxusuzluq epizodik yaddaşa çox təsir edir.  1 dəqiqə bundan əvvəl etdiyini unurdursan, burdan deyilən söz, tapşırıq yaddaşda saxlanılmır, hətta nə üçün evdən çıxdığını də unudursan.
 
 
Nə qədər ki, insan yatmir, məsələn 1 həftə 2-3 saat yatır, 2 gün demək olar yatmır, unutqanlıq bir o qədər çox müddət davam edir.
 
 
Çox yağlı qidalar, aşağı karbohidratlı yemək, pəhrizlər, fast-food da yaddaşı pozur.
Periodik olaraq az yemək, ac qalmaq isə beyindəki yaddaş mərkəzini aktivləşdirir.
 
 
Nə etməli?
 
Unutqanlıq kəskinləşibsə, özünüzdə yuxarıdakı səbəbləri görürsüzsə, birinci müraciət edəcəyiniz həkim nevroloq və psixiatr olmalıdır.
 
İkincisi fiziki aktivliyi, gəzmək, idman, su məşqləri ilə məşğul olmalısız. 3-6 ay idman, fitnes yaddaşı yaxşılaşdırır.
 
Stress varsa, meditasiya, yuxu, sakitlik qeydinə qalın.
 
Amma sizə hansısa anda təcili yaddaşı ələ almaq və lazım olan informasiyanı ordan çıxarmaq və ya vacib tədbirdə sözü, çıxışı yadda saxlamaq lazımdırsa, kofe breyk, tünd çay içə bilərsiz. Bu zaman beyin aktiv işləyir, həm sizə lazımi informasiyanı verir, həm də siz yeni informasiyanı normal qəbul edə bilirsiz.
 
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı