İran İraqa nota verdi
İran İraqa kəskin etiraz notası göndərib.
Versus.Az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib.
A.Musəvinin sözlərinə görə, notada İraqın Nəcəf şəhərində İranın baş konsulluğuna hücuma etiraz edilib.
Etiraz notasında deyilir ki, İraq hökuməti bu hərəkəti törədənləri ciddi şəkildə cəzalandırmalıdı:
“Diplomatik məkanların və diplomatların qorunması İraq dövlətinin vəzifəsidir və İraq dövləti məsuliyyətlidir”.
Qeyd edək ki, ötən gecə İranın İraqın Nəcəf şəhərindəki konsulluğuna hücum olub və binaya giriş yandırılıb.
Xəbər lenti
Rusiyaya məxsus helikopter aerodromda məhv edildi
Helikopter Rusiya Ordusunun logistik ehtiyaclarını və təxliyə...