ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb

21:53 05-12-2019 | icon 371 | Siyasət
ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb

ATƏT-in Minsk Qrupuna daxil olan həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratislavada keçirilən görüşləri ilə bağlı birgə bəyanat yayıblar. 

 

Versus.Az xəbər verir ki, bəyanatda vurğulanıb ki, hazırki status-kvo qəbuledilməzdir və münaqişənin hərbi həlli yoxdur.

 

Onlar tərəfləri süni gecikmələr və şərtlər yaratmadan substantiv danışıqlar aparmağa çağırıblar:

 

"Həmsədr ölkələrin nümayəndə heyətinin rəhbərləri təmas xəttində və beynəlxalq sərhəd boyunca zorakılığın nisbətən aşağı səviyyədə olduğunu müsbət hal kimi diqqətə alır və xarici işlər nazirlərinin iyunda Vaşinqtonda baş tutan məsləhətləşmələrində razılaşdıqları kimi, eskalasiya riskini azaltmaq üçün tərəflər arasındakı birbaşa əlaqələrdən tam istifadə etməyə çağırır. Həmsədr ölkələrin 2018-ci ilin dekabrında Milanda verdiyi açıqlamada və Nazirlərin 2019-cu ilin Yanvar ayında Parisdə razılaşdığı kimi ötən il gərginliyi azaltmaq və xalqları sülhə hazırlamaq üçün  atılan konkret addımları alqışlayırıq. Mart ayında Vyanada görüş zamanı liderlər tərəfindən müzakirə edilən və xarici işlər nazirlərinin aprel ayında Moskvada keçirilən görüşündə hazırlanan humanitar tədbirlərin həyata keçirilməsi üçün səylər, xüsusən də bu yaxınlarda baş tutan  jurnalistlərin qarşılıqlı mübadiləsi və 28 iyun məhbusların eyni vaxtda sərbəst buraxılmasını təqdirəlayiq hesab edirik. Bu cür səylərin münaqişənin sülh yolu ilə həllinə dair əsaslı danışıqların aparılmasına şərait yaradan mühitin qurulmasında mühüm rol oynadığını bildirərək münaqişə tərəflərini əlavə konkret humanitar və təhlükəsizlik tədbirləri görməyə çağırırıq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər