Dizdə şişkinlik inkişaf edənə qədər…

10:39 11-12-2019 | icon 629 | Sağlamlıq
Dizdə şişkinlik inkişaf edənə qədər…

Nərminə Abbasova: “Bu üsulun üstünlüyü odur ki, menisk yaxşılaşdığı zaman uzun müddətli diz funksiyası bərpa olunmuş olur”

 

 

“Bədənimizdə ən çox yaralanan bölgələrdən biri də mensiklərimizdir. Menisklər diz bölgəsində ən böyük iki sümüyün kəsişdiyi nöqtədə “C” şəklində mövcud olan incə yastıqcıqlardır. Futbol kimi qarşılıqlı təmas idmanlarında dizin dönməsi, ani hərəkətlərdə meydana gələn qatlanma, tək diz üstünə yük düşdükdən sonra menisklər yırtıla bilər. İrəli yaş qrupunda menisklər hər hansı bir travma olmadan dizdə inkişaf edən degenerasiya və qığırdaq zədələnməsinə bağlı olaraq yırtıla bilər. Bundan başqa, hər yaş qrupunda bir travma olmadan degenerasiyaya bağlı yırtılmalar görülə bilər”.

 

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova Versus.Az-a bildirdi ki, diz içərisindən eşidilən səslər menisk yırtığının ilk əlamətləri ola bilər.

 

Həkim-terapevtin sözlərinə görə, dizdə şişkinlik inkişaf edənə qədər idmançılar oyuna davam edə bilərlər, ya da gündəlik fəaliyyətləri davam etdirə bilərlər. Ancaq şişkinlik inkişaf etdiyi zaman da şikayətlər olur:

 

“Şikayətlər 24-48 saat içərisində inkişaf edir. Həkimə hər şeyin hansı travma ilə necə başladığını izah etmək lazımdır. Həkim müxtəlif manevrlərlə dizinizi müayinə edəcəkdir. Ayırıcı diaqnoz üçün rentgenlər və menisklərin görüntülənməsi üçün maqnit rezonanas tomoqrafiya (MRT) istənilə bilər. Dizin kilitli qaldığı hallarda artroskopik müayinə edilə bilər. Menisk yırtıqları bir neçə növdə ola bilər: İdmançılarda dönmədən sonra yaranan şaquli, ya da vedrə qulpu şəklində yırtıqlar. Gənc atletlərdə daim təkrarlayan tipdə travmalar sonrası qoşma kimi yaranan radial və ya dimdik tərzində yırtıqlar.
Yaşlılarda qığırdaq pozulmasına bağlı yaranan horizontal, ya da iç tərəf yırtıqları sayıla bilər.

Menisk yırtıqlarının ilkin müalicəsi RİCE olaraq qısaldılmış protokoldur – Rest (istirahət), İce (buz tətbiqi), Compression (spirtli bint ilə sarılması), Elevation (dizin yuxarıda saxlanılması) şəklindədir.

Bu müalicədən sonra dizdə kilitlənmə və xroniki şikayətlər olmazsa, müalicə istirahət müddəti boyunca davam edir və yekunlaşır. Meniskin yalnız 1/3 xarici hissəsində qan dövranı var. Bu bölgələrdəki yırtıqlarda meniskin öz qidalanması sayəsində yaxşılaşa bilər. 2/3 iç bölgədə isə tam yaxşılaşma olmaz. Yenə də hər zədələnmiş menisk öz əlamətini göstərəcək deyə bir qayda da yoxdur”.

 

Nərminə xanım bildirdi ki, cərrahi müalicə meniskin sağalmadığı və şikayətlər yaranmağa davam etdiyi zaman planlaşdırılır. Menisk cərrahiyyəsinin günümüzdə sadəcə artroskopik cərrahiyyə ilə aparıldığını deyən həkim-terapevt vurğuladı ki, yırtılmış və şikayətə səbəb olan menisk yırtıqları qığırdaqda yeyilmə və gələcəkdə daşlaşmaya səbəb olur:

 

“Gənc, fəal həyat tərzi sürən şəxslərdə menisk yırtıqlarının əməliyyat edilməsi daha məqsədə uyğundur. Yırtığın tipinə, bunula birlikdə inkişaf edən patologiyanın olub olmaması, xəstənin yaşına görə həkim uyğun müalicəni planlaşdırır. Cərrahiyyədən sonra reabilitasiya müalicənin mühüm bir mərhələsidir. 2 tip menisk cərrahiyyəsi var: - Meninsektomi (yırtıq meniskin çıxarılması), menisk tikilməsi.

 

Ən çox tətbiq edilən diz artroskopik cərrahiyyəsidir. Zərbə alan menisk hissəsi kəsilərək çıxarılır. Kiçik yırtıqlarda da meniskin kiçik bir hissəsi çıxarıldığı üçün xəstələrdə hər hansı bir funksional itkiyə səbəb olmaz. Meniskin 1/3 hissəsinin sağalma şansı olmadığı üçün çıxarılır. Yenə çoxhissəli böyük yırtıqlar da çıxarılma məcburiyyətində ola bilər. Menisk çıxarılmasının üstünlüyü xəstələrin əməliyyatdan 4 saat sonra yeriməsidir və 3 həftə sonra idman edə bilmələridir.

Meniskin böyük bir hissəsinin yırtıq olduğu hallarda meniskin böyük bir qismi bəzən tamamilə çıxarılır ki, bu ciddi bir funksional pozğunluğa bağlı zaman içərisində diz ağrılarına və daşlaşmaya səbəb ola bilər. Bu səbəbdən lazımsız hallarda meniskin çıxarılmaması, tikilməsi məsləhət görülür. Meniskin çıxarılmasına bağlı olaraq yaranan ağrılı hallarda gənc xəstələrdə ölüdən menisk nəqli lazım ola bilər.

 

Menisk tikilməsi isə texniki olaraq son dərəcə çətin və təcrübəli diz cərrahları tərəfindən edilməsi lazım olan bir prosesdir. Meniskin 2/3 xarici (oynaq zarına yaxın) qismi yaxşılaşma potensialı göstərir. Yenə bu 2/3-lük xarici region menisk funksiyalarının 90% -ı yerinə yetirir. Bu səbəblə bu bölgədəki yırtıqlar mümkün qədər tikilməlidir.

Bu üsulun üstünlüyü odur ki, menisk yaxşılaşdığı zaman uzun müddətli diz funksiyası bərpa olunmuş olur. Əməliyyatdan sonra 6-8 həftə qoltuqağacından istifadə edilməlidir, 10% tikilən yırtığın sağalmaması, idmana geri qayıtmaq 3-4 ay vaxt alır. Əsas qayda; Tikilə biləcək bütün menisk yırtıqları tikilməlidir, çıxarılmamalıdır”.

 

DİQQƏT!

Əgər Menisk yırtığı haqqında daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

QAFAR İSKƏNDƏROV YAZIR: Prezidentin fərman və çıxışlarını bu kimi hakimlər saymırlar

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ

“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Qəbul imtahanlarında 640 bal toplayan SƏRİYYƏ ƏLİYEVA

Ordumuz şəhid verib

ABŞ Dövlət katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ