“ZİMA” III Beynəlxalq Mahnı Festivalında möhtəşəm çıxışlar

13:11 16-12-2019 | icon 511 | Mədəniyyət
“ZİMA” III Beynəlxalq Mahnı Festivalında möhtəşəm çıxışlar

Dekabrın 14-də Heydər Əliyev Sarayında “ZİMA” III Beynəlxalq uşaq festivalının qala konserti baş tutub.

 

Versus.Az xəbər verir ki, bu ilki festivalda Azərbaycanlı gənc ifaçılarla bərabər Fransanı Klara Rot, Böyük Britaniyanı Xiggins-Xumes Rafael və Krou Şaquan, Qazaxıstanı Yerjan Maksim və Daniil Kupç, Belarusu Mariya Magilnaya və Ukraynanı Varvara Koşevaya təmsil etdilər.

 

Layihənin icraçı prodüsseri Leyla Zeynalova, musiqi rəhbəri və aranjımançıısı Rüstəm Rzayev, vokal təlimçisi Ukraynanın əməkdar artisti Rimma Şapovalova, xoreoqraf Emil Useynov, kreativ direktoru Sinan Ağayev idi.

Konsertdən əvvəl iştirakçılar qırmızı xalı üzərinə çıxaraq jurnalistlərin suallarınI cavablandırırlar. Möhtəşəm səhnə tərtibatı, rəqslərin quruluşu, ifaçıların geyimləri onların bacarıqlı ifalarına daha da parlaq rəng qatırdı.

 

İfaçılarla yanaşı respublikanın xalq artisti Aygün Kazımova və əməkdar artist Sevda Ələkbərzadə də öz yetirmələri səhnədə yer aldılar. Balaca iştirakçıların arasında “Qolos Deti” layihəsinin iştirakçısı və geniş məkanda səs-küyə səbəb olmuş Yerjan Maksim möhtəşəm ifası ilə tamaşaçıları valeh etdi.

 

Qısa zamanda məşhurlaşmış bu ifaçının yanında valideynləri və Qazaxıstanın Azərbaycandaki səfiri Serjan Abdıkarimov da var idi. Səfir öz nümayəndəsi barədə belə dedi:

Yerjan bizim ölkənin ən nadir istedadlarından biridir. Biz onu dəstəkləyirik, onunla fəxr edirik, ona hər zaman qalibiyyət arzulayırıq. Yerjan, irəlıi!!! Beləcə III “ZİMA” festivalı başa çatdı. Uşaqların hər birinə müvəffəqiyyət və bol uğurlar arzulayırıq.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı