"Bəli, biz 2013-cü ildə Mehriban Əliyevanın prezidentliyə namizədliyini irəli sürən partiyayıq"

16:00 17-12-2019 | icon 2562 | Siyasət
"Bəli, biz 2013-cü ildə Mehriban Əliyevanın prezidentliyə namizədliyini irəli sürən partiyayıq"

"Xaricdə məskunlaşan Həbib Müntəzir adlı mühacir blogger bu dəfə də sədri olduğum Demokratik Azərbaycan Dünyası Partiyasını (DADP) müzakirə hədəfinə çevirib".

 

Versus.Az-ın məlumatına görə, bu sözləri açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.

 

Belə ki, Həbib Müntəzir "Facebook" hesabındakı paylaşımında Müsavat Partiyasını və bu partiyadan deputatlığa namizədliyi irəli sürülmüş Aqil Mahmudovu tənqid etmək adıyla DADP-ın da adını hallandırıb. Qeyd edib ki, A.Mahmudov vaxtilə DADP-nin üzvü olub. Eyni zamanda da məxsusi olaraq vurğulayıb ki, - "DADP Mehriban Əliyevanın prezident olmasını dəstəkləyən partiyalardandır".

 

Əlisahib Hüseynov bildirib ki, H.Müntəzirin bu taktikası sözün əsl mənasında "absurd teatrı"nı xatırladır:

"Əvvəla, DADP özünün keçmiş üzvlərinin sonrakı fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Siyasi aktiv vətəndaşlarımız mənsub olduqları partiyaları dəyişməkdə də tam azaddırlar. Sizin Müsavatla və şəxsən Aqil Mahmudovla probleminiz varsa, gedin haqq-hesabınızı onlarla çözələməyə çalışın. Bizim partiyamızın adını mövzuya süni surətdə pərçim edərək yazınızın təsir gücünü artırmaq cəhdiniz jurnalistikanın və bloggerliyin etik prinsiplərinə uyğun deyil".

 

O ki, qaldı DADP-nin Mehriban Əliyevanın prezident olmasını dəstəkləməsinə, Ə.Hüseynov bunda da heç bir qəbahət görmədiklərini deyib:

 

"Bəli, biz 2013-cü ildə ölkənin birinci xanımı Mehriban Əliyevanın prezidentliyə namizədliyini irəli sürən partiyayıq. Sizin bunu xüsusi olaraq vurğulamağınız və məsələni gətirib hər vəchlə Aqil Mahmudovla əlaqələndirməyə çalışmağınız gerçəkdən də absurddur. Biz partiyamızın adının bu cür konyuktura xarakterli siyasi çəkişmələrdə hallandırılmasını doğru saymırıq".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR