Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və müavini tutulub

13:19 19-12-2019 | icon 353 | Hadisə
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və müavini tutulub

Azərbaycanda Rayon İcra Hakimiyyətinin (RİH) başçısı tutulub.

 

Versus.Az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Ağstafa RİH başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov saxlanılıb.

 

Onların ötən gecə saxlanılaraq Bakıya gətirildiyi, evlərində axtarış aparıldığı bildirilir.

 

RİH-nin digər işçilərinin ifadələrinin alındığı barədə də məlumatlar var.

 

Quliyevin və müavinin külli miqdarda rüşvətə görə saxlanıldığı bildirilsə də, hələlik dəqiq məlumat verilmir.

Əməliyyat barədə rəsmi orqanlar heç bir açıqlama yaymayıb.

 

Qeyd edək ki, “Bakupost” saytı Azərbaycanda hüquq-mühafizə orqanları əməkdaşlarının rayon İcra Hakimiyyəti başçılarından birini iş başında həbs etdiyi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, icra başçısı ilə yanaşı, onun müavini də saxlanılıb. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR