1 həftəyə 5 kq arıqladan CƏNNƏT XURMASI

00:59 20-12-2019 | icon 942 | Sağlamlıq
1 həftəyə 5 kq arıqladan CƏNNƏT XURMASI

Bir həftəyə 5 kiloqram arıqladan xurmanın faydaları saymaqla bitmir. Cənnət xurması olaraq da bilinən bu möcüzə qidası, liflə zəngin olduğu üçün pəhriz siyahılarının başında yer alır.

 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, qış aylarında tez-tez istehlak olunan xurma, bir çox xəstəliklərdə istifadə olunur, həm də arıqlamağa kömək edir. İnsana bir çox faydası olan cənnət xurmasının faydaları saymaqla bitmir.
 
 
Bu qida antioksidanların əla mənbəyidir və güclü vitaminlərə sahibdir. Xəstəlik zamanı maddələr mübadiləsini gücləndirir, bədənin müdafiə sisteminə kömək edir.
 
- Sağlamlıq üçün faydalı olan bütün antioksidanları ehtiva edir. Likopen, lutein, zea-ksantin, kripto-ksantin, beta-karotin və A vitamini kimi bədənin müqavimətini artıran bütün vitaminlərə malikdir. Eyni zamanda, bu vitaminlər bədənin müdafiə sisteminin metabolik pozulmalarından qoruyur.
 
 
- Göz sağlamlığı üçün xeyirlidir. Antioksidanlar sayəsində göz sağlamlığı üçün , xüsusilə yaşlılar üçün mükəmməldir.
 
- Vitamin C mənbəyidir. Bədəni infeksiyalardan qoruyan və müqavimətini artıran C vitamininin əhəmiyyətli bir mənbəyidir. Bu baxımdan çox faydalı bir qidadır.
 
- Mədə və bağırsaq problemləri üçün idealdır. Yüksək lif tərkibi sayəsində mədə və bağırsaq sistemini işlədir və beləliklə qəbizliyin qarşısını alır. Həm də qıcıqlanan bağırsaq sindromunun qarşısını alır. Həzm sistemi üçün yaxşıdır.
 
 
- Tərkibindəki zəngin lif yüksək təzyiqin qarşısını alır və ürək sağlamlığını qoruyur. İmmunitet sistemini gücləndirərək xəstəliklərə qarşı qoruyucu təsir göstərir. Karbohidrat miqdarı çox olduğundan şəkərli diabetli insanlar üçün xurmanın yarısını yemək lazımdır. Diabetli insanlar buna diqqətli olmalıdırlar.
 
 
- Xurma çox az yağ tərkiblidir və aşağı kalorilidir. Bir çox pəhriz siyahısına daxil edildikdə, həftədə 5 kiloqrama qədər arıqladır və maddələr mübadiləsini sürətləndirdiyi iddia edilir. Bu baxımdan, diyeta siyahılarının başında yer alır.
 
- Hemoroid xəstələr üçün yaxşıdır. Anti-hemorragik xüsusiyyətlərə malikdir və hemoroid yaralarında həddindən artıq qanaxmanı idarə etmək üçün istifadə olunur.
 
- Bağırsaq hərəkəti üçün lazımi lifləri ehtiva etdiyi üçün həzm sistemini tənzimləyir və tarazlaşdırır. Beləliklə, sağlam həzm sistemini qorumaq üçün yol açır.
 
 
- Şəkər xəstələri üçün idealdır. Diabetik insanlar tez-tez aclıq hissi duyur. Tərkibindəki zəngin lif səbəbindən xurma aclıq səviyyəsini dayandırmaq üçün yaxşı seçim ola bilər.
 
- Xərçənglə mübarizə aparır. Tərkibindəki A vitamini sayəsində bu meyvə xərçənglə mübarizə aparır.
 
- Zərərli oksigen əldə edən sərbəst radikalları aradan qaldırır və qaraciyəri təmizləyir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR