İlin ən dəbli qadınları - FOTO

08:12 25-12-2019 | icon 470 | Şou-biznes
İlin ən dəbli qadınları - FOTO

“Vogue” jurnalı britaniyalı top-model və aktrisa Naomi Kempbelli 2019-cu ilin ən dəbli qadını seçib. 

 

Jurnalistlər bildiriblər ki, son 12 ayda modelin qarderobunda “Valentino”, “Versace” və “Alexander McQueen” brendlərindən geyimlər yer tutub.

 

Bu barədə Lenta.ru xəbər yayımlayıb.

 

Bildirilir ki, ən zövqlü məşhurların tam siyahısı “Vogue”nin saytında dərc olunub.

 

Jurnalistlər aktrisanın “Fashion For Relief” xeyriyyə tədbirində geyindiyi “Mugler”dən lələkli və dərin dekolteli paltarı xüsusi qeyd ediblər.

 

Reytinqdə, həmçinin ingilis kinoaktrisa Cemma Çan da yer tutub. Jurnalın məlumatına görə, stilist Rebekka Korbin-Mürreyin köməyi ilə aktrisa rahat olduğu qədər məftunedici obraz yarada bilib.

 

Bundan sonra siyahıda amerikalı müğənni və dizayner Rihannanın adı gəlib. O, təkcə özünün dəbli “Fenty” brendinə görə yox, həm də dünya markaları ilə əməkdaşlıqda iştirak etdiyi və təcrübəsiz dizaynerlərin inkişafına kömək etdiyi üçün ən dəbli qadın statusunu alıb.

 

Adıçəkilən ulduzlara “Flibeq” serialındakı rolu ilə tanınan britaniyalı aktrisa Fibi Uoller-Bric qoşulub. Filmin bir epizodunda Uoller Bric “TopShop” mağazasında satın alınan qara geyimdə görünür. Serial yayımlandıqdan sonra eyni nümunələr dərhal satılıb.

 

Ən dəbli qadınlar siyahısında ilk beşliyi model Advoa Aboah bağlayır. “Vogue”yə görə, son bir ildə Aboahın ən yaxşı obrazı sentyabr ayında London Moda Həftəsində geyindiyi paltar olub. Çəhrayı rəngli “Molly Goddard” brendinin paltarında olan model geyimini “Gucci” çiyin çantası və qara rəngli “Chanel” ayaqqabıları ilə tamamlayıb. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR