İqbal Ağazadədən ümidli bayram təbriki

11:52 31-12-2019 | icon 479 | Siyasət
İqbal Ağazadədən ümidli bayram təbriki

İqbal Ağazadə: "2020-ci ilin millətimizə, dövlətimizə, xalqımıza xeyirli, uğurlu olmasını diləyirəm"

 

Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan xalqını təbrik edib.

 

Versus.Az-ın məlumatına görə, təbrikdə deyilir:

 

"Hörmətli həmvətənlərim, dəyərli soydaşlarım, əziz səhifə izləyiciləri!

 

Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edir, hər birinizə uzun ömür, can sağlığı, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram.

 

Ötən əsrin 1988-ci ilində Azərbaycanda başlayan xalq hərəkatının gedişində 31 dekabr 1989-cu ildə Araz çayı boyunca uzanan və bizi günayli soydaşlarımızdan ayıran tikanlı məftillərin sökülməsi xalqımız üçün önəmli bir tarixə və birlik rəmzinə çevrildi. Həmin gün istər Quzeyli, istər Güneyli, istərsə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız arasında həmrəylik günü kimi qeyd edilir.

 

İlin bu son anlarında dünyanın ayrı-ayrı nöqtələrində, o cümlədən planetin 70-dən artıq ölkəsində Azərbaycan ruhunu yaşadan bütün bacı və qardaşlarımızı Milli Həmrəylik Günü və yeni il münasibətilə təbrik edirəm.

 

Arzu edirəm, 2020-ci il xalqımız üçün sülh, əmin-amanlıq, iqtisadi-siyasi sistemdə yeni dövrün başlanması, dialoq, barış, həmrəylik, siyasi məhbusların azad olunması, ölkəmizin demokratikləşməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Güneyli soydaşlarımızın öz haqlarına qovuşması ili olsun.

 

Bu bayram günlərində bir daha fürsətdən istifadə edib bütün siyasi qüvvələri, hakimiyyəti barış və dialoqa, milli həmrəyliyə çağırıram. Azərbaycanımızın nicatı, xalqımızın rifahı və əmin-amanlığı, ölkənin düşdüyü ağır iqtisadi vəziyyət, dövlətçiliyin qorunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi bunu hər birimizdən tələb edir.

 

Bir daha həmvətənlərimin hər birini Milli Həmrəylik Günü və Yeni il münasibətlə təbrik edir, 2020-ci ilin millətimizə, dövlətimizə, xalqımıza xeyirli, uğurlu olmasını diləyirəm.


Bayramınız mübarək!"

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR