Əlilliyin müəyyən olunmasının yeni meyarları qüvvəyə minib
Azərbaycanda bu gündən əlilliyin müəyyən olunmasının yeni meyarları qüvvəyə minib.
Versus.Az xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi "Əlilliyin müəyyən olunması meyarları" Beynəlxalq Səhiyyə Təşkilatının XBT əsasında xəstəliklərin bölgüsünün aparılması, insan orqanizminin funksiyalarının sabit pozuntularının geniş və təfsilatlı təsvirinin verilməsi, insan orqanizminin funksiyalarının sabit pozuntularının 10-100% diapazonunda qiymətləndirilməsi və bundan irəli gələrək FBT əsasında özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə, əmək fəaliyyəti bacarıqları kmi insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə əlilliyin müəyyən olunmasına dair meyarları özündə ehtiva edir.
Əvvəlki meyarlara görə əlilliyi olan şəxslərə l, ll və lll dərəcə təyin olunub və l dərəcəyə aid olan vəziyyəti ağır, kənar şəxsin qulluğuna ehtiyacı olan xəstələrlə, kənar şəxsin daimi qulluğundan tam asılı olan xəstələr arasında heç bir fərq olmayıb. Yeni meyarlar xəstəliyin ağırlığını, gedişatın formasını, prosesin aktivliyini, kəskinləşmələrin tezliyini, patoloji prosesin baş verdiyi orqanların əhatə dairəsini daha obyektiv qiymətləndirməyə imkan verəcək. Meyarlar həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcəsi nəzərə alınaraq daha obyektiv qiymətləndirmə aparmağa imkan yaradacaq. Beləliklə, insan orqanizminin funksiya pozuntusu haqqında dəqiq qərar çıxarılacaq.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"