ANAMA ötən ilin yekunları üzrə hesabat yayıb

09:28 02-01-2020 | icon 354 | Hadisə
ANAMA ötən ilin yekunları üzrə hesabat yayıb

21 il ərzində 541 229 088 kv.m ərazi təmizlənib, 805 856 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib

 

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ötən ilin yekunları üzrə hesabat yayıb.

 

ANAMA-dan Versus.Az-a verilən məlumata görə, 2019-cu il ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Bərdə, Cəbrayıl, Cəllabad, Daşkəsən, Füzuli, Goranboy, Göygöl, Gədəbəy, Kürdəmir, Lənkəran, Naftalan, Oğuz, Qaradağ, Qazax, Quba, Salyan, Samux, Şamaxı, Şirvan, Şəmkir, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Xızı, Xocavənd, Yevlax, Zaqatala rayonları və Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki şəhərləri ərazisində 9 059 900 m² (906 ha) ərazi yoxlanılmış, 4 637 ədəd partlamamış hərbi sursat (PHS), 32 ədəd piyada əleyhinə və 32 ədəd tank əleyhinə mina (cəmi: 4 701 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

 

2019-cu il ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) "102" Xidməti-Zəng Mərkəzindən – 159 (yüz əlli doqquz), Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 37 (otuz yeddi), Dövlət Sərhəd Xidmətindən (DSX) - 43 (qırx üç), Rayon Polis Şöbələrindən (RPŞ) - 14 (on dörd), Rayon İcra Hakimiyyətindən (RİH) – 1 (bir) və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) - 1 (bir) müraciət daxil olmuşdur (cəmi çağırış: 255).

 

Müraciətlər əsasında Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Bərdə, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Xocavənd, Kürdəmir, Qazax, Quba, Lənkəran, Naftalan, Oğuz, Salyan, Samux, Şamaxı, Şəmkir, Şirvan, Tərtər, Tovuz, Ucar, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, şəhərləri ərazisində 196 268 m² ərazi təmizlənmiş, 1 955 ədəd partlamamış hərbi sursat (PHS), 12 ədəd piyada əleyhinə mina, 27 ədəd tank əleyhinə mina (cəmi: 1 994 ədəd), 28 717 ədəd müxtəlif çaplı patron və 44 ədəd tank əleyhinə təlim məqsədli mina aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilmişdir.

 

Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 541 229 088 kv.m (54 122,91 ha) ərazi təmizlənmiş, 805 856 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilmişdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı