İRADƏ İSAK yazır: KAŞ Kİ...

21:24 05-01-2020 | icon 1490 | Köşə
İRADƏ İSAK yazır: KAŞ Kİ...

...Qarabağ divanı yalan olar

 

Qasımi məsələsi göstərir ki, İranın ölkəmizdə nə qədər güclü dayaqları var. Dayaqdan keçib hətta, insanlar İranı fanatik dərəcədə sevir. Onların şəhidlərini din şəhidləri kimi tanıyır.


Bu o deməkdir ki, İran topsuz-tüfəngsiz götürüb hər şeyimizi.


Siz əsgər çağıranda yayınan gənclər İraqda, Suriyada can verir.


Bu gözardı ediləsi bir məsələ deyil. TVlərin təbliğatı bir az da milli ideologiya ilə bağlı olsaydı kaş ki... Təhsil islahat adıyla daha da bərbad günə salınanda nə olmalı idi ki?


Uşaqlar, gənclər üçün mədəni dərnəklər yıxıldı. Niyə? Pulsuz idi deyəmi? Çayxana cavanları hara meyllənməli idi? Nə bilmişdiniz? Rayonlarda boş gəzən əksər gənclərin telefonlarını araşdırın bir az. Tik toka baxmır yalnız onlar. Molla vəzləri ilə doludur.


Kitabxanalarda yatmalı olan gənclər Məscidlərdən çıxmır.


Hər imkanlı durub bir məscid açır. Niyə kitabxana açanı yoxdur? Masazır kimi 80 min nəfərlik kənddə bir kitabxana, kitab mağazası yoxdur. Rayonlar daha bərbad gündədir. SOS!


Boş başda əqrəblər gəzməsinmi?


Dövlət səviyyəsində milli təhlükəsizliyimiz təhlükədədir. Əhalinin, gənclərinin yarısı İran aşiqi olan dövlətə düşmən gərəkmi?


Gənclər siyasəti silinən pullar, nə də qohum-əqrəba uşaqlarının vəzifələrə gətirilməsi demək deyil. Sosial lift işləmir. İnsanlar gələcəklərindən ümidsizdir. Tək ümid yeri din, sonra İran mollarına qalıb.


Gəncliynizə, gələcəyimizə sahib çıxılmalıdır.


Bu işlə ciddi məşğul olunmasa, Qarabağ divanı yalan olar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı