"Aranı qatmaq üçün Süleymaninin öldürülməsindən istifadə etmək istəyirlər"

16:12 06-01-2020 | icon 520 | Geopolitika
"Aranı qatmaq üçün Süleymaninin öldürülməsindən istifadə etmək istəyirlər"

Hafiz Hacıyev: "Bir tərəfə yıxılıb, ikinci tərəfi baltalamaq bizə xeyir etməz"

 

“Amerika dünyanın ən böyük güc mərkəzlərindən biridir və həmişə də öz vətəndaşlarını müdafiə edib. İran da regionda böyük bir gücdür və o da qərarlar verərkən gərək düşünüb addım atsın”

 
 
Versus.Az xəbər verir ki, bu sözləri general Qasım Süleymaninin öldürülməsindən sonra Amerika və İran arasında yaşanan gərginliyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
 
 
Partiya sədri hər iki dövləti bu məsələdə təmkinli olmağa çağırıb:
 
“Amerika demokratik bir dövlətdir və istəyir ki, dəyərlərini bütün dünyaya yaysın. Burda söhbət ondan gedir ki, Azərbaycan-İran münasibətləri həmişə normal olub və bizim də orda əlli milyona qədər soydaşımız yaşayır. Q.Süleymaninin öldürülməsi gərək Azərbaycan cəmiyyətini iki yerə bölməsin. Amerika dünyanın ən böyük güc mərkəzlərindən biridir və həmişə də öz vətəndaşlarını müdafiə edib. İran da regionda böyük bir gücdür və o da qərarlar verərkən gərək düşünüb addım atsın. Bu məsələlərdə Azərbaycan dövlətinin apardığı siyasəti həmişə dəstəkləmişik. Ona görə də düşünürəm ki, İran və Amerika atdığı addımlara görə düşünməlidir. Regionda baş verən savaşlar heç kimə xeyir verməyib və bu, gələcəkdə regionda böyük bir barıt çəlləyinə çevrilə bilər. Düşünürəm ki, hər iki dövlətin başçısı və regionda marağı olan dövlətlər çox ağıllı şəkildə düşünməlidir".
 
 
H.Hacıyev qeyd edib ki, Amerika demokratik bir dövlətdir, gənclərimiz orda təhsil alır və onların biliyindən, savadından bəhrələnirik:
 
"Biz hər iki tərəflə qonşuluq əlaqələrimizi gücləndirməliyik. Yoxsa ki, bir tərəfə yıxılıb, ikinci tərəfi baltalamaq bizə xeyir etməz və Azərbaycan dövləti də bu məsələdə heç vaxtı kiminsə yanında olmaq siyasətini yürütməməlidir. Əsas bizim cəmiyyətimizdir və çalışmalıyıq ki, onu ikiyə bölməsinlər. Azərbaycanda bəzi qüvvələr aranı qatmaqdan ötrü Qasım Süleymaninin öldürülməsindən istifadə etmək istəyirlər. Buna qəti yol vermək olmaz.
 
Bu məsələdə hər iki dövlətin təmkin nümayiş etdirməsini arzu edirik. Arzu edərdik ki, regionda bu məsələ böyüməsin və bütün dünyanı müharibə bürüməsin.
Biz müxalif partiya olaraq düşünürük ki, Azərbaycan heç bir dövlətin daxili işinə qarışmadan buna öz fikirlərini bildirib”. /Moderator.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR