Yanvarın 20-də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - MÜRACİƏT

13:40 18-01-2020 | icon 448 | Hadisə
Yanvarın 20-də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - MÜRACİƏT

"Yanvarın 20-si səhər saat 08:00-dan tədbir tam başa çatanadək bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyətin qoyulması və istiqamətin dəyişdirilməsi nəzərdə tutulub". 

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

 

O qeyd edib ki, ziyarətə gələnlərin təhlükəsizliyinin təmin edilməsi və onların rahat, fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədilə Parlament prospekti istiqamətində Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatr inzibati binasının yanından İzzət Nəbiyev, Abbasqulu Abbaszadə, yəni Milli Məclisin inzibati binasının arxasından, eləcə də Mikayıl Müşfiq Hüseyn Cavid küçələrinin kəsişməsindən, həmçinin Mikayıl Müşfiq dairəsi Mətbuat prospektinin kəsişməsindən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək:

"Ona görə də Parlament prospektindən hərəkət edən sürücülər alternativ yol kimi paytaxtın Neftçilər prospekti Azneft dairəsi, Bayraq meydanı, Bayıl qəsəbəsi 20-ci sahə dairəsindən istifadə etməlidir və yaxud mərkəzdən Yasamal istiqamətinə hərəkət edən vətəndaşlar isə Səməd Vurğun, Bakıxanov, İnşaatçılar, Nəriman Nərimanov və digər sərbəst və rahat istifadə edə bilərlər".

 

V.Əsədov həmçinin qeyd edib ki, yanvarın 20-də saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək:

"Bir dəqiqəlik sükutun edilməsi elanı verildikdə hər bir nəqliyyat vasitəsinin sürücüsü dayanmalı və səs siqnalından istifadə etməlidir. Tədbirin keçirildiyi əraziyə bitişik yerlərdə şəxsi avtomobillərin park edilməsinin də mümkünsüzlüyünü nəzərə alıb hər bir avtomobil sürücüsü tədbirə qatılmaq fikrindədirsə, ictimai nəqliyyat vasitəsindən istifadə etməsi tövsiyə olunur".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…