Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

21:45 20-09-2023 | icon 788 | Cəmiyyət
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Sentyabrın 20-də Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Krallıq elan olunması günü münasibətilə rəsmi qəbul təşkil edib.

 

Versus.Az xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli çıxış edib.

 

Ölkəsinin Azərbaycanla əlaqələri möhkəmləndirmək kursunu gələcəkdə də davam etdirəcəyini bildirən səfir vurğulayıb ki, 1932-ci ildə Krallığın birləşməsindən sonra Səudiyyə Ərəbistanı sürətli inkişaf yolu keçib.

 

Səfir deyib ki, Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Bu gün ölkələrimiz arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Qeyd olunub ki, bu günədək hər iki ölkənin maraqlarına uyğun sazişlər və memorandumlar imzalanıb. Hazırda Səudiyyə-Azərbaycan əlaqələri bir çox sahədə, xüsusilə ticarət sahəsində inkişaf yüksək səviyyədədir.

 

Daha sonra maliyyə naziri Samir Şərifov çıxış edərək Azərbaycan Prezidentinin və Hökumətinin Səudiyyə Ərəbistanı xalqına səmimi təbriklərini çatdırıb. Nazir bildirib ki, iki ölkə arasında qardaşlıq əlaqələri qarşılıqlı hörmət və İslam irsinə söykənir, xalqlarımız bir-birinə tarixi, dini və mədəni köklərlə bağlıdır. Keçirilən yüksək səviyyəli mühüm görüşlər ölkələrimizin siyasi-iqtisadi əlaqələrinin genişlənməsinə təkan verib. Səudiyyə Ərəbistanının ölkəmizdə qeyri-neft sektorunun ən böyük investorlarından biri olduğu diqqətə çatdırılıb.

 

S.Şərifov qeyd edib ki, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığı yüksək səviyyədədir:

 

“Ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir. Hər iki ölkənin dövlət başçılarının səyi nəticəsində əlaqələrimiz daha da inkişaf edir. Hər iki ölkənin əməkdaşlığı bir çox beynəlxalq təşkilatlarda da birlikdə inkişaf edir. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi, siyasi, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq edir. Xüsusilə, ticarət sahəsindəki inkişaf bizi sevindirir. Eyni zamanda, bu ölkə Qarabağda bərpa və quruculuq işlərinə öz töhfəsini verir. Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünə dəstək verib və buna görə Ermənistanla əlaqələr qurmamışdır”.

 

 

Ağanisə Əliqaraqızı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

DƏHŞƏT! Əlillik dərəcəsi ilə bağlı ŞİKAYƏTLƏR

Həmkarlar Konfederasiyası nəyi harda, nə vaxt edəcəyini bilmir

Uşaqları udan bu KABUS həkimdən QORXUR

“Növbədənkənar prezident seçkiləri gözlənilən qərar idi”

Əfsanəvi çempionun ustad dərsi keçirilib

Daha bir məktəbdə qızılca aşkarlandı

İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü

“Qəbələ” son çempiona qarşı

Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq

Elm və Təhsil Nazirliyində DƏYİŞİKLİK

Ananın yaşayışı görənləri ŞOKA SALDI

Bu ilin ən yaxşı 10 FİLMİ

30 dəqiqə gəzmək ömrü bu qədər artırır

Hafiz Hacıyev 5-ci dəfə prezidentliyə namizəd olacaq

Bu şəxslər 7 min manat CƏRİMƏLƏNƏCƏK