Tramp Fransa hakimiyyəti ilə məsafə saxlayan siyasət yürüdəcək
Rəşad Bayramov: “Fransa eyni siyasəti Cənubi Qafqazda da həyata keçirmək istəyir”
“Fransa əsrlər boyu davam etdirdiyi müstəmləkə siyasətindən əl çəkmir. Dünyaya "demokratiya dərsi” keçməyə cəhd edən Fransa hakimiyyətinin istər müstəmləkə altında saxladığı xalqlara, Fransanın özündə belə sadə fransızlara qarşı siyasəti Makron hakimiyyətinin eybəcərliyini ortaya qoyur”.
Versus.Az xəbər verir ki, bunu şərhində politoloq Rəşad Bayramov bildirib.
Politoloq eyni zamanda Yeni Kalidoniya, Korsika, Qvadalopa, Fransiz Poliniziyası, Fransız Qvianası, Martinik, Bahaiti kimi fransanın müstəmləkəsində olan dənizaşırı xalqların da yüz illərdir ki, davam edən ədalətsizliyə son qoyulmasını, ədalətin bərpa edilməsini istədiyini qeyd edib:
“Fransanın müstəmləkə atında saxladığı Yeni Kalidoniya, Qvadalupa və Mayakdan sonra sentyabrın ortalarından etibarən Martinikdə qiymət artımı və bahalaşmaya qarşı mitinqlərin keçirilməsinə başlanıb. Etirazçıların səsini pozmağa çalışan Makron hakimiyyəti hələ sentyabrın əvvəlindən Martinikə xüsusi çevik qüvvələr yerləşdirib. İndi isə yüzlərlə fransız polisin insanlara divan tutması üçün göndərilməsi planlaşdırılır. Və insanlar da haqlı olaraq rəsmi Parisin müstəmləkəçilik siyasəti nəticəsində gündən-günə davam edən yoxsullaşmasını qəbul etmək istəmirlər. Onsuz da həyat dolanışığı dözülməz həddə çatmış martiniklilərin ərzaq və gündəlik təlabat məhsullarının qiymətlərinin artımı onları bu addımları atmağa vadar edib. Bu gün Martinikdə qiymətlər Fransa ilə müqayisədə 40 faiz yüksəkdir. Bu da 27 faizi yoxsulluq içində yaşayan martiniklilər üçün ağır problemdir. İqtisadi bərabərsizlik təcrid vəziyyətində olduqları durumlarını getdikcə pisləşdirir. İnsanların tələbi qiymətlərin aşağı salınmasıdır. Onlar qiymətlərin Fransa ilə uyğunlaşdırılmasını tələb edərək, qeyri-mütənasib yaşayış xərclərinə məruz qaldıqlarını bəyan edilər. Bu haqlı tələblərin fonunda rəsmi Paris insanlarla görüşmək, onların tələblərini müzakirə etmək əvəzinə komendant saatı tətbiq etmək, nümayişlərin keçirilməsinə qadağalar qoymaqla bağlı qərarlar qəbul ediblər. Aşırı güc tətbiqi nəticəsidə ölən və yaralananların olduğu da məlumdur. Həbs olunanların sayı yüzlərlədir. Martinikdə yaşayış xərclərinin artmasına qarşı etirazlara rəhbərlik edən Afro-Karib xalqlarının və resurslarının müdafiəsi birliyinin lideri Rodriqe Petitonun həbsi xüsusilə diqqət çəkir. Rodriqe Petito Martinikdə səfərdə olan Fransanın dənizaşırı işlər üzrə naziri Fransua-Noel Buffe ilə görüşmək istədiyi üçün polis rəisinin əmri ilə həbs edilib. Bu, heç bir çərçivəyə sığmır”.
R.Bayramov Fransanın eyni siyasəti Cənubi Qafqazda da həyata keçirməyə çalışdığını bildirib. Onun sözlərinə görə, Ermənistanı özünün faktiki müstəmləkəsinə çevirmək və onun vasitəsi ilə Fransanın Cənubi Qafqaz maraqlarını təmin etməyə çalışan Makron hakimiyəti nəyin bahasına olursa-olsun, Ermənistanın Rusiyadan asılılığını rəsmi Parisdən asılılıqla əvəz etmək istəyir:
“Fransa mülki missiya adı ilə regona yerləşdirdiyi və əslində hərbi missiyanı yerinə yetirən nümayəndələri vasitəsi ilə bu prosesə start verib. Artıq Fransanın öz maraqlarını təmin etmək üçün Rusiyanı uzun müddət Ukrayna cəbhəsində saxlamağa cəhdlər etdiyinə də şahidlik edirik. Elə Fransa istehsalı olan Ukraynaya ötürülmüş silahların Rusiyanın dərinliklərinə zərbə vurulmasına icazə verilməsi də birbaşa bununla bağlıdır. Donald Trampın hakimiyyətə gəlişindən təşvişə düşən Fransa çox tələsir. Yaxşı bilir ki, Tramp Cənubi Qafqazda Qərbin maraqlarını deyil, ABŞ-ın maraqlarını əsas götürərək hərəkət edəcək. Çünki Tramp birinci hakimiyyətində olduğu kimi, Fransa hakimiyyəti ilə məsafə saxlayan siyasət yürüdəcək”.
R.Bayramov Palonininn Azərbaycana gəlişini də bu siyasətin davamı kimi dəyərləndirib. Onun fikrincə, Palonunin Bakıya gəlişində məqsəd COP-la bağlı deyil, bir bəhanə idi:
“Məqsəd COP-dan sonra ermənilərdın aldığı maliyyə hesabına Azərbaycan əleyhinə təbliğat aparmaqdan ibarət idi. Biz buna artıq şahidlik edirik. Paloni geri qayıdandan sonra öz qara fəaliyyətinə başlayıb. Nəticə etibarilə nə Paloni, nə də erməni təsiri, eləcə də ölkəmizə qarşı qərəzli fəaliyyət göstərən konqresmənlərin nə deməsindən asılı olmayaraq, Azərbaycanın geri addım atması mümkün deyil. Çünki söhbət Azərbaycanın suverenliyi, müstəqilliyi, müstəqil xarici siyasət kursundan gedir ki, burada da hərhansı geriyə addım mümkün deyil”.
LƏMAN
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"