Uşaq bağçasına istilik verilməməsinin SƏBƏBİ

16:36 22-11-2024 | icon 32 | Təhsil
Uşaq bağçasına istilik verilməməsinin SƏBƏBİ

Paytaxtın Nizami rayonunda yerləşən 172 saylı körpələr evi-uşaq bağçasında qış mövsümünün soyuğu hiss olunmaqdadır. Belə ki, noyabrın 15-də istilik mövsümünün rəsmən başlamasına baxmayaraq, sözügedən bağçaya hələ də istilik verilməyib.

 

Versus.Az xəbər verir ki, bu barədə oxu.az-a müraciət edən valideynlər bildiriblər ki, uşaqlar soyuqdan əziyyət çəkirlər. Bu isə uşaqların səhhətinə mənfi təsir göstərir.

 

Məsələ ilə bağlı açıqlama verən "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, sözügedən bağça təmsil etdiyi qurumdan istilik almır.

 

 

"Bildirmək istəyirəm ki, 172 saylı uşaq bağçası "Azəristiliktəchizat" ASC-nin balansında deyil və bizdən istilik almır", - deyə E.Basqallı bildirib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən bağçanı istiliklə təmin edən qazanxananın qaz sayğacı müvafiq mütəxəssislər tərəfindən dövlət yoxlamasından keçirilmək üçün çıxarılıb.

 

"Hazırda müvəqqəti olaraq istilik təminatı elektrik qızdırıcıları vasitəsilə təmin edilir. Məsələnin qısa zamanda həlli məqsədilə zəruri tədbirlər görülməkdədir", - məlumatda qeyd olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...