“Siyasi cəbhədə Fransa diz çökdürülüb”
Bəhruz Quliyev: “Avropanın liderliyinə can atan Fransa bu uğursuzluğu ilə barışa bilmir”
İçindən çalxalanan Fransa “özünə omac ova bilmir, başqasına ərişdə kəsmək” iddiasından da əl çəkmir. Belə ki, xəbərlər ictimaiyətin diqqətini Martinikdə yaşayış xərclərinin artmasına qarşı etirazlara rəhbərlik edən Afro-Karib xalqlarının və resurslarının müdafiəsi birliyinin lideri Rodriqe Petitonun həbsindən sonra iğtişaşlara yönəldib. Fransanın insanlığa, regiona, ölkəmizə qarşı uzanan qara əllərinin necə kəsiləcəyi isə birmənalı qarşılanmır?
Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən siyasi şərhçi Bəhruz Quliyev Parisin bir çox dövlət və xalqlara qarşı yürütdüyü siyasəti təhlil edib.
O, bildirib ki, Fransa özünü dünya liderliyinə iddialı hesab etmir, amma Avropa barəsində fərqli düşünür:
“Böyük Britaniyanın Avropa İttifaqından çıxması ən çox rəsmi Parisin işinə yarayıb. Ən azından İttifaq daxilində London kimi rəqibi artıq yoxdur. Əbədi düşməni olan ingilislərə qarşı mübarizəsində birlik ölkələrinin gücündən istifadə edəcəyi tərəddüdsüzdür. Ona görə də ötkəm danışır. Fransanın ən çox qorxduğu ABŞ-ın Avropada hegemonluğudur. Vaşinqton bütün cəbhələrdə Avropanı qurbanlıq qoyun kimi ön cəbhəyə göndərir. Ukrayna müharibəsi buna əyani misaldır. Rusiya ilə diş-dişə dayanan kimdir, Avropa ölkələri. Bəs ABŞ hardadır? Məlum deyil. Trampın prezident seçilməsi isə Avropanın sonunu yaxınlaşdırır. Bunun əvəzində rəsmi Paris dünyanın fərqli coğrafiyalarında özünə yer etməyə çalışır. Afrikadakı xammal mənbələrindən əli çıxan Fransa, bu dəfə üzünü həmişə düşməni bildiyi Türk dövlətlərinə çevirib”.
B.Quliyev qeyd edib ki, bütün dünya müstəmləkəçilik dövrünün bitdiyini düşünürkən Fransa fərqli addımlar atmaqdadır. Onun sözlərinə görə, dünyanın müxtəlif qitələrində, dənizaşırı ada ölkələrində xalqları əsarətdə, müstəmləkə idarə-üsulunda saxlayan Paris etirazlara baxmayaraq qanlı əllərini günahsız insanların üzərindən çəkmək istəmir:
“Fransa dünya birliyinin fikirlərinə etinasız yanaşır, əksinə hamını ittiham edir, hətta törətdiyi cinayətlərə haqq qazandırır. Bir neçə aydır ki, paytaxtımız müstəmləkəçilikdən əziyyət çəkən xalqların və ölkələrin azadlıq mübarizəsi ilə bağlı beynəlxalq konfranslara ev sahibliyi edir. Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən, əzilən xalqların azadlıq uğrunda mübarizələrinə dəstək verir. Bakı Təşəbbüs Qrupu Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Fransa Sakit okeandakı ada dövlətlərində törətdiyi cinayətlər barəsində müxtəlif platformalarda müzakirələr aparılıb, beynəlxalq təşkilatlart Parisin əməllərinə hüquqi və siyasi qiymət verilməsini tələb ediblər. Hələlik bir nəticə olmasa da siyasi cəbhədə Fransa diz çökdürülüb. Bu arada Martinikdə baş verən hadisələri də qeyd etməliyik. Yaşayış xərclərinin artmasına qarşı etirazlara rəhbərlik edən Afro-Karib xalqlarının və resurslarının müdafiəsi birliyinin (RPPRAC) lideri Rodriqe Petitonun həbsindən sonra baş verən iğtişaşların məsuliyyəti də Parisin üzərindədir. Rodriqe Petitonun mühakimə edilməsi gözlənilir. Səbəb isə gülüncdür, Rodriqe Petito Martinikdə səfərdə olan Fransanın dənizaşırı işlər üzrə naziri Fransua-Noel Buffe ilə görüşmək istədiyi zaman polis rəisi ilə mübahisə edib və bundan sonar həbs edilib. Buradan belə nəticə çıxarmaq olar ki, Fransa nə müstəmləkə torpaqlarından əl çəkmir, nə ada dövlətlərində yaşayan xalqların azadlıq hüququnu tanıyır, nə də onlar üçün normal həyat şəraiti yaratmır”.
Ekspert hesab edir ki, Qərbin Azərbaycana münasibətində qərəzli yanaşmalar kifayət qədərdir. Onun sözlərinə görə, rəsmi Bakı dünya ölkələri ilə beynəlxalq münasibətlər sistemindəki mövcud qanunları, BMT Nizamnaməsini və digər standartları əsas götürərək əlaqələr qurur. Ərazilərinin bərpa olunmasında da BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad olundu. Uzun illər ATƏT-in tərtib etdiyi qurumun atdığı addımlar yetərsiz olduğu üçün Azərbaycan ərazi bütövlüyünü təkbaşına həll etməli oldu:
“Fransa kimi ölkələrin həmsədrliyinin problemi həll edə bilməməsinin günahkarı biz yox, Ermənistan oldu. Amma bu gün Avropanın liderliyinə can atan Fransa bu uğursuzluğu ilə barışa bilmir. Bütün platformalardan istinfadə edərək üstümüzə gəlir, bizi ittiham edir, bu yetmirmiş kimi Ermənistanı bizə qarşı silahlandırır. Fransa az-az ölkələrdəndir ki, dünyanın fərqli yerlərində müstəmləkəçilik siyasətini davam etdirir. Azərbaycan tərəfindən Parisin qanunsuz əməlləri, müstəmləkəçi siyasəti ifşa olunanda isə bizi suçlu çıxarır. Fransalı nazirin COP29-un üçüncü günündə iştirakdan imtina etməsinin səbəbini də burada axtarmaq lazımdır. Əlbəttə, bu addım həqiqəti duymaq, müzakirələrdə konstruktiv mövqedə olmaq istəməyən birinə xasdır, həm də qeyri-konstruktiv yanaşmadır. Fransa Cənubi Qafqazda baş verən hadisələrdən öz xeyirinə istifadə etmək istəyir. Şimal qonşumuz üzərindən itirdikləri mövqeləri Orta Dəhlizdə tapmağa çalışır. Azərbaycan baryerini aşaraq Mərkəzi Asiyaya can atır. Bu isə həlli çətin görünən arzu və istəkdir”.
B.Quliyev bu fonda ABŞ Konqresinin üzvü, ermənilərin dostu, Azərbaycana qarşı çıxarılan ədalətsiz qərarların, düzəlişlərin müəllifi Frank Palloninin ölkəmizə səfərinə diqqət çəkib. O, qeyd edib ki, bu səfər ilk baxışdan COP29-la bağlı görünürdü. Amma sonrakı hadisələr də sübut etdi ki, Palloninin məqsədi çirkin niyyətlərini həyata keçirmək idi:
“Plan təxminən belə idi: Palloni Azərbaycan barədə Konqresdəki kimi çıxış edəcək və iştirakçılar onu sürəkli alqışlayacaqdılar. Görəndə ki, COP29 qüsursuz təşkil olunub, Azərbaycanın təşkilatçılığından bütün iştirakçılar razılıq edir, bütün normalara və prinsiplərə ciddi əmək olunur, səsi kəsildi. Hətta hazırladığı “B” planı da yadından çıxdı. Azərbaycan Prezidentinin bütün konqresmenlərlə görüşməsi, onlarla səmimi söhbəti, apardığı müzakirələr Pallonini Azərbaycanı tələsik tərk etməyə vadar etdi. Ermənipərəst Palloni öz niyyətinin güdazına getdi”.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"