"Ölkəmizə qara hədyanlar yağdıran bu qüvvələrin məqsədi başqadır”

14:29 22-11-2024 | icon 37 | Siyasət
"Ölkəmizə qara hədyanlar yağdıran bu qüvvələrin məqsədi başqadır”

 

Məlahət İbrahimqızı: “Bu konfrans çağdaş dövrümüzün ən uğurlu hadisəsi kimi öz nəticəsini göstərəcək"

 

Qlobal dünyanın nəbzi Azərbaycanda vurur. Regionda maraqlı olan güclər ölkəmizin gücü ilə ifadə olunan bu reallığı öz liderliyinin çətirinə salmaq üçün özünün təziq elementlərini artırmaqla əllərindən gələn oyunları qurur. Avropa daha çox Fransanın timsalında regionda əsas oyunçu olduqlarını sübut etmək üçün “insan haqları, “demokratiya” iddiaları ilə müstəqil siyasət yürüdən dövlətləri qaralamaq, kiçik xalqlara müstəmləkəçi şüuru ilə davranmaqda davam edir. Dünyanın bu üzünün də COP 29 platformasında açılması bəzi gücləri narahat etməklə, hərəkətə keçirib. Bu reallıq 200-dən artıq dövlətin səsi ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu iclasının Azərbaycanda keçrilməsi ərəfəsində özünün maraqlarını təmin etməyə çalışan Qərbin, Avropanın bəzi dairələrinin apardığı qərəz kampaniyasında ifadə olunması təsadüfi hesab edilmir. Belə bir fonda regionda cərəyan edən proseslərin, COP 29 və bu platformanın mahiyyəti və əhəmiyyətinə birmənalı yanaşılmır.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə “Həftə içi”-nə müsahibə verən Milli Məclisin deputatı Məlahət Həsənova bir çox məqamlara aydınlıq gətirib.

 

- Azərbaycanda keçirilən COP 29 konfransı regionla bağlı hansı reallıqdan xəbər verir və Avropanın, Qərbin bəzi dövlətlərinin belə bir mənzərədə rolu nədən ibarətdir?

 

- Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən böyük etimadın, hörmətin göstəricisi olmaqla yanaşı tarixdə qürurverici səhifələrindən biri kimi qeyd olunacaq. Bu, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəflər Konfransının (COP) 29-cu iclasıdır. Belə bir mötəbər konfrans üçün Azərbaycanın dünyada mövcud olan 200 ölkənin sırasından seçilməsinin özü böyük göstəricidir. Azərbaycanın COP 29-a ev sahibliyi etməsi 44 günlük zəfər savaşı və ötən il suverenliyimizin tam bərpasından sonraya təsadüf etməklə yanaşı, buna 200 dövlətin səs verməsi mühüm hadisə kimi dəyərləndirilməlidir. Bu dövlətlərin konfransla bağlı Azərbaycana səs verməsi onu göstərir ki, 44 günlük vətən müharibəsi, eləcə də ötən il Xankəndi ətrafında aparılan antiterror əməliyyatları haqqımızın bərpası üçündür, haqq işimizdir. Prezidentimiz konfransda çıxışı zamanı bu məqama xüsusilə diqqət çəkdi. Azərbaycanın 30 illik işğala son qoyması, həm də bu səsvermənin nəticəsi beynəlxalq ictimaiyyət tərəfindən etimadın göstərildiyi, yüksək nüfuzu olan dövlət kimi tanınmağımız demək idi.

 

- Azərbaycan Cop 29-la regionda hansı yeni reallıqlara imza atmış olacaq?

 

- Konfransın regiona, Azərbycana nə vəd etməsi, gələcək üçün hansı perspektivləri açmasından gələckdə çox danışılacaq. Amma təkcə konfransın 200 ölkənin səsi ilə Azərbaycanda keçirilməsinin özü ölkəmizin nüfuzu və dövlət başçısının Azərbaycanda həyata keçirdiyi çoxvektorlu diplomatiyaya verilən qiymətdir. COP 29 konfransı çağdaş dövrümüzün ən uğurlu hadisəsi kimi özünün nəticələrini göstərəcəkdir. Gələcəkdə Azərbaycan bundan da uğurlu tədbirlərə ev sahibliyi edəcək.

 

- Bu gün özünü az qala Avropanın "demokratiya gözü" adlandıran ölkələr, xüsusilə Paris hansı siyasətlə diqqət çəkir, dənizaşırı ölkələrə nəyi diqtə edir?

 

- Qeyd etdiyim kimi, COP 29 konfransına ev sahibliyi etməsi üçün Azərbaycana 200 dövlət səs verdi. Amma çox təəssüf olsun ki, o dövlətlərin içərisində bir qrup ermənipərəst qüvvələr, başda Fransa kimi dövlətlər olmaqla Azərbaycanın belə bir mötəbər uğurunu qəbul edə bilmir, qısqanclıq, qərəz nümayiş etdirirlər. Digər tərəfdən, Avroatlantk məkanda Qərb strukturlarının əksəriyyəti Avropanın bir neçə ölkəsinin təzyiqi altında fəaliyyət göstərir. Onların sırasında Fransa ilə yanaşı Niderland, Almaniya və İngiltərədə olan bir sıra ciddi qruplardır. Amma "liderliyi" fitnəkar Fransa edir. Təkcə 44 günlük vətən müharibəsi dövründə Niderland Parlamenti Azərbaycana qarşı 41 qərar qəbul eləmişdi. Sanki bu ölkənin parlamentinin başqa problemləri, işi yoxmuş kimi Azərbaycanla bağlı qərarlar qəbul edib dağılıblar. Bu nə qədər gülünc olsa da, bir o qədər də təəssüf doğurur. Bu dövlətlər Azərbaycandan nə istəyir. Kənardan baxanda qəribə görünür: Niderlandın Azərbaycanla nə işi ola bilər. Azərbaycan Avropa Birliyinin, Avropa Parlamentinin üzvi deyil. O zaman sual olunur: siz kimsiniz ki, ölkəmizə qarşı belə qərəzli, böhtan dolu çıxışlar edir, qətnamələr qəbul edirsiz. Azərbaycan Prezidenti də çıxışında bu qüvvələrə cavab olaraq, “siz bizi cəngəllik ölkəsi adlandırırsız, yaxşı edirsiz, əl çəkin bizdən” -deməklə həmin qüvvələrə münasibətini və münasibətini bildirmişdi. Bəllidir ki, Avropa, Qərbdən ölkəmizə qarşı hədyanlar yağdıran, ölkəmizi insan haqlarının pozulduğu bərbad ölkə kimi təqdim edən bu qüvvələrin məqsədi başqadır. Onların məqsədi bizim kimi dövlətlərə demokratiya, insan haqlarının müdafiəsini gətirmək deyil. Əksinə, o qüvvələr ölkəmizi öz təsirləri altına salıb, var-dövlətini sümürmək üçün fürsət axtarırlar. Onların bu siyasəti yeni deyil, yüz illərdir ki, dünyanın bütün qitələrində ayrı-ayrı dövlət və xalqlara qarşı davam edir. Onların siyasi ideyasında, "parçala və höküm sür" məqsədi dayanır. Məsələyə bu fondan baxanda bir sıra Avropa ölkələrinin sərvətlərinin niyə qurtarmadığı açıq görünür. Çünki bu müstəmləkəçi dövlətlər 100 illərdir Asiyanın, Sakit Okean hövzələrinin, Afrikanın, Hindistanın və sair ölkələrin, xalqların sərvətlərini sümürüb Avropaya gətiriblər, müstəmləkəçilik siyasəti ilə özlərinə saraylar tikib, öz rifahlarını yaxşılaşdırıblar. İndi elə həmin dövlətlərdir ki, bizə insan haqları, hüququndan dərs keçməyə çalışır, humanizmdən danışırlar. Tarix boyu hegemonluq edən bu ölkələr Azərbaycan kimi müstəqiliyini, suverenliyini yeni qazanmış ölkənin yalanlarını açıq ifşa etməsini qəbul edə bilmirlər. Onlar müstəqilliyini istəyən xalqları hər zaman təzyiq, zülm altında saxlayıb, ikinci sinif xalqlar kimi yanaşıb öz hegemonluqlarını qorumaqla məşğuldurlar. Ona görə də COP 29-un keçirildiyi son günə qədər konfransın qarşısını almağa çalışdılar. Amma istəkləri suya düşdü və özləri “ofsayt” vəziyətə düşdülər. Ona görə də Bakıya tədbirə 80 dən çox dövlət, hökumət rəsmisinin, 190-dan çox ölkədən 170 mindən çox nümayənələrin gəlməsi çox böyük göstəricidir.
Biz Avropadan, Qərbdən gələn bu cür ikilistandartlı, qərəzli təzyiq və təsirlərə alışmışıq. Azərbaycan 30 ildən artıqdır ki, işğala məruz qalan bir ölkə kimi Avroatlantik məkanın bəzi strukturlarının riyakarlığı ilə üz-üzədir. Azərbaycan öz haqlarının qorunması üçün mübarizəyə qalxanda dərhal “insan haqları”, “demokratiya” oyunlarını ortaya atıb. 1 milyondan artıq azərbaycanlının haqqının pozulmasına, evlərinin erməni quldurları tərəfindən dağıdılıb talan olunmasına, mədəni sərvətinin məhv edilməsinə göz yumanlar da məhz onlardır. Halbuki Avropa, elə ABŞ özü də demokratiyanın ən çox pozulduğu yerdir. Bu güclər bizə gələndə demokratiyadan immitasiya edirlər. Bu gün Gürcüstan gözümüzün qarşısındadır. Ukraynadakı vəziyyəti görürük. Biz 30 il boyu dövlətimizə qarşı ikilistandartlı, qərəzli yanaşmalara, demokratiyanın, insan haqlarının necə boğulmasına necə göz yumduqlarını görmüşük. Bu gün də Azərbaycanla bağlı yalan və böhtanlarından əl çəkmirlər. Prezdientimiz COP 29-da etdiyi çıxışında bu barədə bir daha bəyan etdi. Azərbaycan ictimaiyyəti bunu gözləyirdi. Təbii ki, Prezident belə bir mötəbər kürsüdən istifadə edərək Azərbaycana qarşı çıxan, qərəzli çıxış edən güclərin riyakarlığının ifşa olunması üçün həqiqətləri söyləməliydi və söylədi. Məlumdur ki, bu gün də xarici mediada Azərbaycana qarşı çıxışlar var. Nəzərə alsaq ki, Azərbaycan öz haqlarını müdafiə etmək üçün çox vaxt beynəlxalq mətbutda çıxış edə bilmirdi, bu konfrans həqiqətlərin dünyaya çatdırılması baxımından da gözəl fürsərt idi. Kimlərsə buna görə qınayıcı çıxışlar edir. Amma sual olunur: əgər Azərbaycan bu konfransın verdiyi fürsətdən bir tribuna kimi istifadə etməyəcəkdisə, o zaman bu mötəbər tədbir kimin üçün - ermənilər, ona dost olan qüvvələr üçün edirdik?!. Xeyir. Azərbaycan dünyanın qlobal probleminə özünün töhfələrini verən ölkə olaraq özünün qarşılaşdığı problemləri də səsləndirməli idi və etdi. Ona görə də Azərbaycan ictimaiyyəti Fransa və digər qərb ölkələrindən Azərbaycana qarşı yönələn yersiz iddialara ciddi yanaşmır, amma tədbirsiz də deyil.

 

- Fransanın zorakı və özbaşına metodlardan istifadə etdiyi, eyni zamanda Martinik xalqının toplaşmaq və ifadə azadlığının Fransa tərəfindən məhdudlaşdırılması bu ölkənin hansı mahiyyətini ortaya qoyur?

 

- Fransanın özü müstəmləkəçi siyasəti ilə insanlığı narahat edir. Amma başqalarına “umac ovmaq” kimi huyundan da əl çəkmir. Məlum olduğu kimi, noyabrın 12-də COP ölkələrinin dövlət başçıları və hökumət rəhbərlərinin sammiti oldu. Ondan bir gün sonra Sakit Okean və kiçik ada dövlətlərinin hökumət və dövlət başçılarının, eyni zamanda BMT-nin baş katibi Quteresin iştirakı ilə sammit keçirildi. Prezidentimiz o sammitlərdə də bu məsələlərə diqqət çəkdi. Artıq Fransa kimi müstəmləkə dövlətləri də əməllərinə görə cavab verməlidir. Bildiyimiz kimi bir neçə gün qabaq BMT-nin insan hüquqları komitəsində Fransaya qarşı etiraz sənədi qəbul elədilər. Bu, yeni Kalidoniyada baş verən etirazlar zamanı dinc xalqa qarşı zorakılıqla bağlı idi. 21-ci əsrdə müstəmləkə siyasəti aparmaq həqiqətən də insanlığa ləkədir. Quldarlığın, köləliyin ləğv olunduğu dünyada Fransanın müstəmləkə siyasətindən əl çəkməməyi üz qarasıdır. O da məlumdur ki, Fransanın 20-dən çox müstəmləkədə saxladığı kiçik ərazilər, xalqalar var. Ölkəmiz Qoşulmama Hərəkatı çərçivəsində o xalqlara ciddi dəstək verib. Bununla bağlı Bakı Təşəbbüs Qrupu yaradılıb və Təşəbbüs Qrupu Bakıda, Qardaş Türkiyədə müxtəlif görüşlər keçirməklə ortaya çıxan bütün problemlərlə bağlı sənədləri BMT-yə göndərib. O da məlumdur ki, Yeni Kalidoniyada baş verən mitinqlərdə yüzlərlə insan Fransanın qatı rejimi tərəfindən həbs olunub və onlara çox ciddi cəzalar tətbiq olunub. Ona görə də BMT-yə müraciət olundu və obyektiv olaraq etiraz sənədi qəbul olundu. Gələcəkdə də Azərbaycan özünün bu mövqeyini müdafiə edəcək. Prezident bütün tədbilərdə müstəmləkəyə, zülmə məruz qalan xalqlara, dövlətlərə maddi-mənəvi yardımın göstərilməsini açıq şəkildə deyir. Bu böyük işdir və dünya tarixinə yazılacaq bir dəstəkdir. Fransa və Amerika Ermənistanın hərbləşməsində yaxından iştirak edir. Onlar nə etsələr də, Ermənistan misli ilə cavabını alacaq. Ermənistanın yeganə yolu Azərbaycan və Türkiyə ilə xoşməramlı siyasət aprmaq, qonşuluğu bərpa etməkdir. Azərbaycana və Türkiyəyə qarşı Ermənistan Konstitusiyasında təsbit olunan iddialara son verilməlidir. Dünya artıq dərk edir ki, Azərbaycan güclü dövlətdir. Przidentimiz də dəfələrlə deyir ki, bizim bugünkü ordu gücümüz 44 günlük vətən müharibəsindən və 44 günlük gücündən daha da güclüdür. Bu, Azərbaycana qarşı qərəzlə çıxış edənlərə qarşı verilən bir mesajdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...