"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"

18:00 22-11-2024 | icon 44 | Geopolitika
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"

Çingiz İsmayılov: "Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"

 

“İnkişaf etməkdə olan bir çox güclər səylərini səfərbər edərək region və dünyadakı maraqlarını təmin etməyə çalışırlar. Bu baxımdan həmin qüvvələr müstəqil siyasət yeritməyə çalışan Azərbaycanın qarşısına keçərək qarayaxma kampaniyası aparırı, təzyiq göstərməkdə davam edirlər. Ölkəmiz müttəfiqlərimiz və inkişaf etməkdə olan dost ölkələrlə birlikdə belə hallara qarşı mübarizə aparır”.

 

Versus.Az xəbər verir ki, bu barədə Həftə içi-nə geopolitik, professor Çingiz İsmayılov COP 29 konfransı ərəfəsində regionda və dünyada cərəyan edən proseslərə və Azərbayacana qarşı yönələn qərəzli yanaşmalara diqqət çəkərkən bildirib.

 

Professor Azərbaycanın son illər müxtəlif irimiqyaslı beynəlxalq tədbirlər keçirdiyini, ölkəmizlə bağlı həqiqətlərin dünyanın bir çox ölkələrinə yayıldığını qeyd edib. Onun fikrincə, bu məsələ güc mərkəzlərinin öz aləmlərində yaratdıqları geosiyasi mənzərədən xeyli fərqlənir. Çünki bir çox güc mərkəzləri hər bir region və ölkələrdə siyasətin öz maraqlarına uyğun yeridilməsində maraqlıdır. Əgər yerli hökumət və dövlət başçıları bu siyasətə uyğun addımlar atmırlarsa həmin mərkəzlər bütün vasitələrlə təpkilər göstərməyə çalışır, eyni zamanda təzyiqlər göstərib, kütləvi informasiya vasitələri üzərindən həqiqətə uyğun olmayan məlumatlarla ölkənin nüfuzdan salınması, hətta sanksiyalara məruz qalması üçün çabalayırlar.

 

Ç.İsmayılov bildirib ki, ölkəmizə qarşı çıxan, təzyiqlər göstərməyə çalışan Qərb ölkələrinin “demokratiya” anlayışı yanlış olmaqla yanaşı, həm də heç kimi təəccübləndirmir. Çünki artıq “demokrtaiya” adı altında güc mərkəzlərinin yeritdiyi siyasət hər kəsə bəllidir və nəticələrini görməkdəyik:

 

“Bir var ümumbəşəri dəyrlər, bir də var beynəlxalq hüquq. Biz addımlarımızı o tələblərə uyğun olaraq qurub siyasət yeridirik. Gələcəkdə bu istiqamətdə işlərin uğurla aparılması və maraqlarımızın üst-üstə düşdüyü ölkələrlə əməkdaşlığın davam etdirilməsi gələcək inkişafımızda əsas hədəflərdən biridir. Və bu gün COP 29 konfransına, gələn illərdə isə daha iki beynəlxalq tədbirə evsahibliyi edəcək Azərbaycan ümumbəşəri dəyərlərə söykənərək beynəlxalq hüququn tələblərinə uyğun irəliləyir. Azərbaycanın müstəqil siyasəti regionda maraqlı olan gücləri narahat edir. Eyni zamanda keçmiş müstəmləkə ölkələri hələ də etrapoliyaların təzyiqi altındadırlar. Bu həm maliyyə sektorunda, bütövükdə sosial ictimai həyatda özünü biruzə verir. Ona görə də Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil.”

 

Ç.İsmayılov belə bir fonda Fransa kimi müstəmləkə dövlətin 21-ci əsrdə dənizaşırı dövlətlərdə apardığı siyasəti pisləyib. O, istər Martinikdə, yaxud Fransanın Yeni Kalidoniyada və digər müstəmləkə ölkələrində yeritdiyi siyasətin hər kəsə bəlli olduğunu vurğulamaqla bu faktı Fransanın mahiyyətini açan məqamlardan biri kimi önə çəkib:

 

“İmperiya mərkəzlərində müstəmləkəçi düşüncə dəyişməyib. Burada keçmiş Osmanlı imperiyasının varisi Türkiyə istisnadır. Çünki Türkiyə özünün siyasətində dövlətlərin müstəqil siyasət aparması üçün onlara dəstək verir, müstəmləkə siyasəti aparmır”.

 

Professor COP 29 konfransına gələn lakin tədbirdə iştirak etmədən ölkəni tərk edən ABŞ Konqresinin üzvü Frenk Paloninin ölkəmizə olan münasibətini “iddialı” mərkəzlərin qərəzli fəaliyyəti fonunda önə çəkib. O, konqresin Azərbaycanla bağlı yeni nağıllar uydurmasının artıq mediada yer aldığın qeyd edərək, bunun gözlənildiyini qeyd edib:

 

“Paloni Azərbayacanla bağlı səthi məlumata malikdir. Çünki elə bilirdi ki, Azərbaycan haqqında hər cür cəfəngiyyatı danışıb, sonra da istədiyi kimi ölkəmizə gələcək və hətta burada onu gül-çiçəklə qarşılayacaqlar. Elə zənn edirdi ki, konqresmen olduğuna görə onun hədyanlarına göz yumulacaq. Amma Azərbaycan müstəqil siyasət yeritməklə yanaşı, dostlarını düşmənlərini də yaxşı tanıyır. Azərbaycanın ictimaiyyət nümayəndələri tərəfindən Palonin aeraportda necə qarşılanması bunu bir daha göstərdi. O, başa düşdü ki, bura onun düşündüyü kimi elə geridə qalmış ölkə deyil ki, konqres üzvü olduğuna görə ədalətsiz, qərəzsiz mövqeyi qarşısında susub dursun. Azərbayan öz fikrini açıq ifadə edə bilir və ictimaiyyət, siyasətçilər, dövlət nümayəndələri də müvafiq addımlar atmağa qadirdir. Ona görə də Paloni başa düşdü ki, burda qalması mənasızdır”.

 

Ç.İsmayılov bildirib ki, hansısa qüvvələr palonilərin timsalında ölkəmizin nüfuzunu aşağı salmağa çalışsa da, COP 29 uğurla keçir və nəticələrinin uğurlu olacağına yeni imkanlar var:

 

“Konfransın ilkin nəticələri bir daha göstərdi ki, Azərbaycan qlobal forumların keçirilməsində təcrübəyə malikdir və bəşəriyyətdə cərəyan edən prosesləri düzgün qiymətləndirir, qlobal problemlərin həlli ilə bağlı ictimaiyyəti biləşdirmək gücünə malikdir. Beynəlxlq qurumların nümayəndləri, dövlət rəsmiləri təsdiqləyə bilər ki, Azərbaycan qlobal tədbirlərin keçirilməsində uğur qazanmışdır. Bütün bunlar böyük miqyaslı dövlətlərarası tədbirlərin Azərbaycan üçün vacib olduğunu göstərir. Azərbaycan bu tədbirlərin yüksək səviyyədə keçirilməsinə inanır. Geosiyasi reallıq Azərbaycanın nüfuzunun yüksək olduğunu, lider dövlət kimi, siyasi, iqtisadi siyasətdə aparıcı rola malik olduğunu təsdiqlədi. Dünyaya bəyan olundu ki, Azərbaycan Qafqaz regionunda siyasi, iqtisadi, sosial, ekoloji problemlərin həllində mühüm rol oynayır. Hər kəs bir daha öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...