DİQQƏT, MƏMUR ÖZBAŞINALIĞI: Suraxanı, yoxsa Xəzər rayonu?

17:49 21-01-2020 | icon 1037 | Sosial
DİQQƏT, MƏMUR ÖZBAŞINALIĞI: Suraxanı, yoxsa Xəzər rayonu?

Nədən dövlətin sosial-iqtisadi siyasətinə kölgə salmaqla məşğuldurlar?

 

SURAXANI RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ NƏZƏRİNƏ:

XƏZƏR RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ NƏZƏRİNƏ:

SURAXANI RAYON MƏNZİL KOMMUNAL TƏSƏRRÜFATI BİRLİYİNİN NƏZƏRİNƏ:

XƏZƏR RAYON MƏNZİL KOMMUNAL TƏSƏRRÜFATI BİRLİYİNİN NƏZƏRİNƏ:

BİNƏ BƏLƏDİYYƏSİNİN, HÖVSAN BƏLƏDİYYƏSİNİN NƏZƏRİNƏ, SURAXANI VƏ XƏZƏR RAYONUNDAN OLMUŞ VƏ OLACAQ DEPUTATLARIN NƏZƏRİNƏ:

 

Binə qəsəbəsində keçmiş donuzçuluq deyilən ərazi siz Xəzər və siz Suraxanı rayonu icra başçılarının vətəndaşların sosial durumlarına laqeydliyi ucbatından taleyin ümidinə buraxılıb. Dövlətin sosial-iqtisadi inkişafıyla sizlərin yürütdüyünüz siyasət adıçəkilən ərazinin gerçək görüntüləri fonunda məmur diqqətsizliyi ucbatından daban-dabana ziddir. Elə həmin görüntülər fonunda qəsəbənin reallıqları deməyə əsas verir ki, dövlət başçısının göstərişləri bu rayon ərazisindəki məmurlar tərəfindən geniş ictimaiyyətə bəlli olmayan səbəblər ucbatından görməzliyə vurulmaqdadır. Həmin məmurların belə sosial narazılıq formalaşdırmaqda axı qəsdləri nədir?

 

Minlərlə ev olan bir ərazidə bir dənə də olsun məktəb yoxdur....

Minlərlə ev olan əraziyə yerli bələdiyyə və icra strukturu bir marşrut ayıra bilmir...

Küçəmizin bu başında dizə qədər palçığa girib o başındakı gölməçələrdə çiməndən sonra "inkişaf edən Azərbaycan"ın xoşbəxt vətəndaşı olaraq yola davam edirik....

Küçəmizin suyu yoxdur...

Küçəmiz başdan başa zibilliyə dönüb, it, pişik əlindən tərpənmək olmur...

Küçəmizin telefonu yox...

Minlərlə evi olan bir ərazidə yaşlı nəslin dincəlməyi, istirahət etməsi üçün kiçicik bir park yoxdur...

Minlərlə evi olan bir ərazidə uşaqların və yeniyetmələrin birbaşa dövlət başçımızın məqsədyönlü siyasətinə uyğun olaraq onların sağlam inkişafını təmin etmək üçün bir idman meydançası yoxdur. Şəhərsalmanın bütün norma və prinsipləri pozularaq torpaq necə gəldi satılır...

Minlərlə evi olan ərazinin problemləri də minlərlədir. Sayıb qurtarmaqla bitməz....

 

Bütün bunlarla bağlı dəfələrlə Binə qəsəbə bələdiyyəsinə müraciət edilib. Son dəfə də adıçəkilən qəsəbə bələdiyyəsinin müavini Cəfər müəllimlə sakin olaraq etdiyim söhbətdə o, bildirdi ki, "bu ərazidən zibillərin daşınmasına görə cavabdeh birbaşa Suraxanı rayon mənzil kommunal təsərrüfatı birliyidir".

Yerigəlmişkən, Cəfər müəllimin sözünə qüvvət, həmin ərazidə DAŞI DAŞ üstünə qoyan kimi birbaşa Suraxanı rayon icra hakimiyyətinin nümayəndələri adamın başının üstünü kəsir. Amma hansısa bir problemin həlli ortaya çıxanda Suraxanı rayonu yetkililəri bunu Xəzər rayonunun məmurları tərəfindən yerinə yetirilməsini önə çəkirlər....

 

Belə anlaşılmaz durumla Suraxanı və Xəzər rayonunun icra strukturlarında təmsil olunan məmurlar nəyi təlqin edirlər? Axı bu adamlar nədən dövlətin sosial-iqtisadi siyasətinə kölgə salmaqla məşğuldurlar? Dövlət başçımız cənab İlham Əliyev məmurlara müraciətində "xalqın bir nömrəli xidmətçisi mən özüməm" deyə vurğuladığı halda, bu məmurların belə laqeyd davranışları nələri özündə ehtiva edir?...

 

Lütfən, siz Suraxanı və Xəzər rayonunun icra hakimiyyətinin başçıları, əhalinin problemini həll etmək əvəzinə məmurlarınızın Xudayar bəy kimi davranışlarına son qoyun. Sizləri o vəzifəyə təyin edən cənab Prezidentin etimadını doğruldun ki, sakinlər də bu problemlərin həlli üçün daha yüksək instansiyalara üz tutmaq məcburiyyətində qalmasınlar....

 

Versus.Az İnformasiya Agentliyi qarşı tərəfin fikirlərini təqdim etməyə hazırdır.

 

İGİD TEMURLU
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR