MSK-ya Tural Zeynalovla bağlı şikayət daxil olub

18:35 23-01-2020 | icon 394 | Siyasət
MSK-ya Tural Zeynalovla bağlı şikayət daxil olub

99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd olan Zeynalov Tural Abdulla oğlu ilə bağlı ilə Mərkəzi Seçki Komissiyasına dəfələrlə şikayət daxil olub.

 

Versus.Az xəbər verir ki, bu barədə MSK-nın sədr müavini Rövzət Qasımov deyib. R. Qasımov bildirib ki, onun Seçki Məcəlləsinin tələblərini pozması, seçiciləri ələ almaq üçün  müxtəlif xoşagəlməz addımlar atması ilə bağlı Qaynar Xəttə şikayətlər daxil olub:

“Bizim onunla bağlı araşdırmamız nəticəsində həmin şəxsin sosial şəbəkə hesabında da bu məlumatları yayımlaması ortaya çıxıb. Təkcə onun özünün şəxsi hesabında deyil, onun vəkilləri, səlahiyyətli nümayəndələrinin də sosial şəbəkə hesablarında bu məlumatlar paylaşılıb. Belə ki, namizəd seçiciləri ələ almaq üçün onlara ərzaq paylayıb”.

 

R. Qasımovun sözlərinə görə, digər namizədlərə müraciət edilib ki, bu məsələni hələlik hüquqi müstəviyə daşımasınlar:

”Fərqli mövqedə olan namizədlərin hamısı həmin şəxslə bağlı eyni şikayəti etdiyindən bu məsələni araşdırmaq qərarına gəldik”.

 

MSK-nın iclasında həmin namizədlərə xəbərdarlıq edilməsi və məsələnin araşdırılması qərara alınıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR