Beşinci buktreyler festivalına start verilib

21:36 04-02-2020 | icon 463 | Mədəniyyət
Beşinci buktreyler festivalına start verilib

Beşinci Buktreyler Festivalına start verilib.

 

Versus.Az xəbər verir ki, bu barədə mentalist, kinoaktyor, prodüser, Buktreyler Festivalının təsisçisi Ruslan Sabirli məlumat verib:

 

"Bu il Buktreyler Festivalının 5 yaşı tamam olur. Bildiyiniz kimi, 2016-cı ildən Qafqazda ilk dəfə olaraq Azərbaycanda kitaba və mütaliəyə marağın oyadılması, həmçinin film sənayesində yeni istedadların müəyyən edilməsi məqsədilə Buktreyler Festivalı təsis edimiş və artıq dördüncü ildir ki, uğurla həyata keçirilir. Festival Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin informasiya dəstəyi ilə hər il Beynəlxalq Kitab Günü ərəfəsində keçirilir.

Təsadüfi deyildir ki, 2 Fevral Gənclər Günündən start götürən və 23 aprel Beynəlxalq Kitab Günündə başa çatan Buktreyler Festivalı mövcud olduğu müddət ərzində öz ətrafında istedadlı gəncləri toplamaqla bir yaradıcı gənclər hərəkatına çevrilməyi bacarmış və festivala müraciət edənlərin, qəbul edilən buktreylerlərin sayı ildən ilə artmaqdadır. Bütün bunlar əlbəttə ki, festivalın cəmiyyətdə böyük marağa səbəb xəbər verir. Xatırladım ki, qaliblər hər il tərkibi dəyişilən və Əməkdar, Xalq artistlərindən ibarət Münsiflər Heyəti tərəfindən dəyərləndirilir.

Ənənəvi olaraq bu il də Festival cənab nazir Əbülfəs Qarayevin diqqətindən kənar qalmamışdır və Mədəniyyət Nazirliyi festivalın dəstəkçilərindəndir.

Hər bir kəsi bu əlamətdar hərəkata qoşulmağa və festivala iştirak etməyə dəvət edir, hamıya uğurlar arzulayıram!".

 

Xatırladaq ki, Festival qaliblərini 1-ci2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1.000800 (hərəsi) və 500 (hərəsi) AZN, “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə isə 1.000 AZN pul mükafatları gözləyir.

 

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya treylerdir.

 

“Kitabı tanıdın, kitabla tanının sloqanlı Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

 

Festivalın təsisçisi və direktoru kinoaktyor Ruslan Sabirlidir. Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət NazirliyiBeynəlxalq Muğam Mərkəzi, əsas tərəfdaşı isə ölkənin lider mobil operatoru Azercell şirkətidir.

 

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür:

Instagram: https://www.instagram.com/BooktrailerFest

Facebook: https://www.facebook.com/BooktrailerFest

Youtube: https://www.youtube.com/BooktrailerFest

Həmçinin, yaranmış bütün suallarla bağlı email vasitəsilə müraciət etmək mümkündür: [email protected]

 

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR