Tovuzu qarış-qarış gəzən QƏNİRƏ PAŞAYEVA Vahidli kəndinə də gəldi - FOTO

11:11 05-02-2020 | icon 945 | Siyasət
Tovuzu qarış-qarış gəzən QƏNİRƏ PAŞAYEVA Vahidli kəndinə də gəldi - FOTO

 

"Dəstəyiniz və gözəl söhbətlər üçün təşəkkür edirəm, əziz Vahidli kənd sakinləri"

 

Növbədənkənar parlament seçkilərinə 105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Qənirə Paşayevanın seçicilərlə görüşü Vahidli kəndində oldu.

 

Versus.Az-ın məlumatına görə, Vahidli kənd sakinləri, seçicilərlə görüşüb fikir mübadiləsi aparan deputatlığa namizəd eyni zamanda, qəhrəman Şəhid Şaməddin Həsənovun anası Ceyran xanımı və gözəl ailəsini də ziyarət edib.

 

Bildirib ki, müstəqilliyimizin bərpasının ilk illərində Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində hücumlarının qarşısının alınmasında Vahidli kəndinin, onun qorxmaz və cəsarətli insanları özəl yer tutur:

 

“Qədim və əziz Vahidli kəndimizdə qəhrəman şəhid qardaşımız Şaməddin Həsənovun anası əziz Ceyran xanımı və gözəl ailəsini ziyarət edərək yenə də xeyir-dualarını aldıq. Nur içində yatsın əziz Şaməddin qardaşımız. Şəhid ailələri baş tacımızdır. Allah bu dəyərli şəhid ailəmizə hər zaman yardımçı olsun”.

 

Qənirə Paşayeva Prezident cənab İlham Əliyevin göstəriş və tapşırıqları ilə Tovuzda insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət, qayğı barədə və rayonda, o cümlədən Vahidli kəndində həllini gözləyən problemlərdən danışıb və ölkəmizin inkişafı ilə paralel olaraq həmin problemlərin də sürətlə həllini tapacağına əminliyini ifadə edib. Ötən 14 illik deputat fəaliyyəti barədə də danışan Q.Paşayeva hər zaman seçicilərinin yanında olduğunu, onlarla vaxtaşırı görüşdüyünü, qayğı və problemlərinin həlli ilə bağlı rəsmi qurumlara müraciətlər etdiyini və inkanı daxilində bu problemlərin həllinə çalışdığını, müalicəyə ehtiyacı olanlara dəstək olmağa çalışdığını bildirib:

“Deputatlıq fəaliyyətimdə var gücümlə sizlərin yanında olmağa, müraciətlərinizin həllini tapmasına çalışmışam və əgər siz mənə təkrar etimad göstərərsinizsə, bundan sonra da sizi ləyaqətlə təmsil etməyə davam edəcəm”.

 

 

Görüşlərdə sakinlərə “Sizi təmsil etmək çox gözəl bir duyğudur. Bu günə qədər olduğu kimi, bundan sonra da hər zaman sizin bu dəstəyinizə layiq ola bilmək üçün var gücümüzlə çalışacağıq. Çünki sizin hər biriniz mənim üçün çox dəyərlisiniz. Hər zaman yanınızdayıq. Allah hər birinizi qorusun! Dəstəyiniz və gözəl söhbətlər üçün təşəkkür edirəm” deyən Qənirə Paşayeva hər kəsi ayrı-ayrılıqda dinləyib, problemlərini qeyd edib. Bildirib ki, əgər seçilərsə onların problemlərini həmişəki kimi Milli Məclisdə qaldıracaq, həll olunmasına çalışacaq. Deputatlığa namizəd təkrar dəstək və etimadları üçün Vahidli kənd sakinlərinə təşəkkür edib.

 

Seçki platforması barədə də ətraflı məlumat verən Q.Paşayeva hər bir seçicinin seçkilərdə iştirakının vacibliyini vurğulayıb və onları 9 Fevral Parlamenr Seçkilərində fəal olmağa çağırıb:

 “Siz Milli Məclisdə və getdiyiniz hər bir ölkədə bizim səsimiz oldunuz və hər zaman etimadımızı doğrultdunuz. Hər zaman bizim yanımızda oldunuz. Biz də səsimizlə sizin yanınızdayıq”.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR