“Qalib olmaq şansımız çoxdur” - FOTO

11:39 05-02-2020 | icon 1155 | Foto&Video
“Qalib olmaq şansımız çoxdur” - FOTO

Ramin Paşayev: “Prezidentin bu çağırışından sonra ruhlanmamaq olmazdı”

 

26 saylı Sabunçu birinci Seçki Dairəsindən deputatlığa namizəd Ramin Musa oğlu Paşayevin “Üç Nöqtə”yə müsahibə verib.

 

Versus.Az həmin müsahibəni təqdim edir

 

- Ramin müəllim, 9 fevral növbədənkənar parlament seçkilərinə saylı günlər qalır. Məlumdur ki, gənclərin seçki prosesindəki aktivliyi, parlamenti buraxan qocaman deputatların yenidən seçkiyə qatılmaları seçki ilə bağlı bir çox mübahisəli nüansları ortaya çıxarıb. 26 saylı Sabunçu birinci Seçki Dairəsindən deputatlığa namizəd olaraq gözləntiləriniz nədir, bu seçki prosesi ölkəyə və cəmiyyətə nələri vəd edir?

 

- Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olub. Təbii ki, inkişaf etmiş ölkələrin özünün müəyyən standartları var və beynəlxalq sistemin tələb etdiyi müəyyən islahatları həyata keçirməlidirlər. Artıq Azərbaycanda bu cür islahatlar kursuna start verilib. Belə ki, bu gün ölkənin müəyyən icraedici strukturlarında gənclər xüsusilə üstünlük təşkil edir və bu da çox müsbət göstəricidir. Bu gün biz Prezidentin islahatlar kursuna dəstək olaraq 26 saylı Sabunçu birinci seçki dairəsindən seçkilərə qatılmışıq. Bu Seçki Dairəsi problemləri, müsbətləri və mənfiləri ilə bizə doğmadır, tanışdır. Gənc namizəd olaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin siyasi kursunu dəstəkləyirik. Məhz islahatlar kursuna dəstək vermək üçün bu seçkidə aktiv iştirak edirik. Bu seçki ilə bağlı gözləntimiz böyükdür. Ümidvarıq ki, Azərbaycanın yeni parlamentində çoxsaylı gənclər təmsil olunacaq. Müxtəlif sahələr üzrə təmsil olunan mütəxəssislər – hüquqşünaslar, iqtisadçılar, bacarıqlı təşkilatçılar cənab Prezidentin islahatlar kursuna dəstək olacaqlar. Təbii ki, gənclər dinamikdir, enerjilidir və işgüzardırlar. Bu mənada gənclərin parlament seçkilərində yüksək faizlə iştirak eləməsi Azərbaycanın gələcəyinə nikbin baxmağa əsas verir. Azərbaycan bu gün sürətlə inkişaf edir və dünyada öz mövqeyi var. Bir sıra beynəlxalq əhəmiyyətli layihələr Azərbaycanın razılığı ilə həyata keçirilir. Regionumuzda Azərbaycanın razılığı olmadan hansısa böyük miqyaslı layihələr həyata keçirilə bilməz. Bu gün Azərbaycan müxtəlif olimpiya oyunları və digər sahələr üzrə beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bu göstərucilər onu deməyə əsas verir ki, biz Azərbaycanın gələcəyinə nikbin baxmalıyıq və gənclər parlamentdə çox təmsil olunarsa, dövlətə, millətə faydalı olacaq.

 

- İnsanlar bu seçkidə yeniliyin olacağına inanır. Sizcə o inamı doğuran səbəblər nə ilə bağlıdır, Prezidentin seçki ilə bağlı namizədlərə verdiyi ismarıclar, yoxsa son ilin məlum islahatları?

 

- Ölkədəki islahatlar icraedici srtukturlardan başladı. Belə ki, Parlamentin böyük çoxluğunu təşkil edən Yeni Azərbaycan Partiyasının depuatat qrupu elan elədi ki, Azərbaycan parlamenti Prezidentin apardığı islahatlar kursuna adekvat deyil. Belə qeyd etdilər ki, biz müasir standartlara uyğun olaraq işimizin öhdəsindən gələ bilmirik və parlament yenilənməlidir. Onların müraciəti və Prezidentin qərarı ilə 9 fevrala növbədənkənar seçki təyin olundu. Eyni zamanda Prezident gənclərə çağırış etdi ki, seçkilərdə aktiv olsunlar. Əlbəttə ki, Prezidentin bu çağırışından sonra ruhlanmamaq olmazdı. Lakin təssüfdoğurucu haldır ki, köhnə parlamentin üzvləri bir tərəfdən “biz müasir standartlara cavab vermirik, Prezidentin apardığı islahatlar kursuna çevik reaksiya verə bilmirik” – deyib, özlərini buraxsalar da, bir qısmi digər tərəfdən yenidən seçkilərə qatıldılar. Bu doğru deyil. Əgər onlar köhnə parlamentin müasir standartlarına cavab vermirdirlərsə, Prezidentin islahatlar kursuna dəstək verə bilmirdilərsə, o zaman nə üçün yenidən namizədliklərini veriblər?! Bu hal təbii ki, əhalinin müəyyən qismi tərəfindən yaxşı qarşılanmır. Cəmiyyət belə namizədlərə sərt mesajlar verir. Özünüz də görürsünüz ki, həmin köhnə deputatlar müəyyən rayonlarda keçirdikləri görüşlərdə əhali tərəfindən yaxşı qarşılanmırlar. Bunu sosial şəbəkələrdə, mətbuat vasitələrində yayılan video-materiallardan da izləmək olar.

 

“Prezidentin seçki ilə bağlı çağırışından sonra əhalinin ümidləri artıb”

 

- Ramin müəllim, təbliğat-təşviqat kampaniyasının aparılması üçün yaradılan imkanlar nə dərəcədə sizi qane edir?

 

- Ayrı-ayrı seçki dairələrində cərəyan edən təbliğat-təşviqat kampaniyalarına nəzər salsaq, söyləyə bilərəm ki, bu il seçki fərqli keçəcək. Açığı bizim dairədə də ciddi mübarizə gedir. Biz də digər namizədlər kimi yaradılmış imkanlardan geniş istifadə edirik. Bugünlərdə seçicilərlə iki mühüm görüşümüz olub. Bir görüşümüz fevral ayının 1-də Gənclər Evində çoxsaylı seçicilərin iştirakı ilə baş tutdu, biri də fevralın 2-də 271 saylı məktəbin həyətində baş tutdu. Son görüşümüzdə 1000-dən çox vətəndaş, seçici iştirak edirdi. Bu onu göstərir ki, namizədlərin öz seçiciləri ilə görüşmələri üçün münbit imkanlar var. Təbii ki, yaradılmış münbit şəraitdən maksimum istifadə etmək lazımıdr və biz də bu imkanlardan istifadə edirik. Dairə üzrə digər namizədlər də öz təbliğat təşviqatlarını fəal şəkildə aparırlar. Görünən odur ki, namizədlər yeniliyə inanır və öz seçicilərini də buna inandırırlar. Yaradımış bu şərait insanların seçki ilə bağlı ümidlərini getdikcə dirçəldir. Əvvəllər müəyyən ümidsizliklər var idi. Amma Prezidentin seçki ilə bağlı çağırışından sonra əhalinin ümidləri artıb.

 

- Sakinlər görüşlərdə sizi necə qarşıladılar?

 

- Sakinlər bizi çox xoş qarşıladılar. İnsanlar gənc olduğumuza görə bizə böyük ümidlərlə, müsbət yanaşdılar. Seçicilər parlamentdə onları təmsil edəcək yeni nəfəs istəyirlər. Ən çox səsləndirdikləri iradlar bu idi ki, onlar öz keçmiş deputatları ilə görüşə, lazım olan vaxtı onlarla əlaqə yarada bilməyiblər. Ona görə də bizim ən birinci vədlərimizdən biri ünvanımızın hamı üçün açıq olmasıdır. Bizim ünvanımızı hamı biləcək. Bir sözlə, hər bir seçici üçün ünvanımız, yerimiz bəlli olacaq və hər bir kəs üçün qapımız açıq olacaq. Hər bir vətəndaş çox rahat şəkildə öz deputatı ilə görüşüb öz dərdini söyləyə biləcək. Biz də təbii ki, xalqın içindən çıxan və hər zaman xalqın öz nümayəndəsi kimi onun yanında olacağıq. Və çalışacağıq ki, sözün əsl mənasında millətin vəkili olaq. Çalışacağıq ki, hər bir vətəndaşın problemi ilə yaxından maraqlanıb məsələnin həllini aidiyyatı orqanlar qarşısında qaldıraq və həllinə nail olaq. Bir millət vəkili kimi, xalqın içində olub, onların dərdi ilə yaşayıb, onlardan biri kimi çıxış edəcəyəm.

 

- Ramin müəllim, məlumdur ki, ölkə daxilində seçkini boykot edən bir sıra müxalif siyasi təşkilatların bəlli mövqeyi var. Onlar bildirirlər ki, seçki mühiti yoxdur və birinci o mühit yaradılmalı idi. Seçki prosesində aktiv iştirak edən bir namizəd olaraq, bu barədə nələri sörləyərdiniz?

 

- Əlbəttə, iş olan yerdə nöqsanlar da olacaq. Bütün dünyada bu belədir. Hər bir vətəndaşın borcudur ki, seçkidə iştirak eləsin. Lakin seçki ilə bağlı “boykot” çağırışı edən kəsim əhalidə ümidsizlk yaradır. Ümumiyyətlə, belə mövqelərlə seçki instutuna qarşı neqativ münasibətin sərgilənməsi doğru deyil. Əgər biz Azərbaycanın gələcəyini istəyiriksə, Parlamentin ən müasir standartlara uyğunlaşmasını istəyiriksə, vətəndaşlarda seçkiyə inamı artırmalıyıq. Bütün cəmiyyətdə bir söz hakim olmalıdır: hər bir məsələ seçkidə həll olunur. Əhalinin seçkiyə olan inamsızlığı aradan qaldırılmalıdır. Bu gün gənclərin də seçkidə iştirak eləməyi, xüsusən də 2500-ə yaxın insanın seçkilərdə iştirakı, imza toplaması onu göstərir ki, seçkiyə inam yüksəlir. Əslində bu, demokratiyaya doğru, seçicinin də seçki aktivliyinin artırılması istiqamətində atılan müsbət addımlardan biridir. Bütün dairələrdə çoxsaylı namizədlərin iştirakı göstərir ki, hər bir namizədin bu və ya digər formada elektoratı var. Bu görüşlərdə əhalinin böyük qismi seçkilərə səs verməyə dəvət olunur, təbliğat-təşviqat kampaniyası aparılır. Bu da böyük ümidlər yaradır ki, seçki institunun əvvəlki, daha yaxşı statusuna qaytarılmasına doğru addımlar var. Bu proses əhalidə seçki ümidsizliyinin aradan qaldırılması deməkdir. Prezident tərəfindən islahatlar kursu aparıldığı bir vaxtda seçkiyə qarşı belə bəyanatların verilməsi doğru deyil və Azərbaycanın gələcəyi üçün təhlükəli addımlar hesab olunur. Bizim işimiz odur ki, Azərbaycan inkişaf eləsin və əhali seçkilərdə iştirak edib, özünə layiq olan millət vəkilini seçsin.

 

“Qalib olmaq şansımız çoxdur, çünki özü-özünü buraxmış deputatlardan deyilik”

 

- Ramin müəllim, bu mübarizədə təbii ki, hər bir deputatlığa namizədin seçicinin inamını, etibarını qazanması uğurun əsas açarı olacaq. 26 saylı Sabunçu birinci Seçki Dairəsindən namizədliyini verən bir şəxs olaraq, təbliğat-təşviqatla bağlı gördüyünüz işlər sizdə uğurlu nəticəyə yönəlik hansı ümidləri yaradıb, qalib olmaq şansınız nə qədərdir?

 

- Qalib olmaq şansımız çoxdur. Ona görə ki, biz özü-özünü buraxmış deputatlardan deyilik. Biz Parlament seçki prosesinə yeni qoşulmuşuq. Dinamikik, enerjiliyik, böyük təşkilatçılığımız var. Bizim böyük seçki komandamız var. Böyük ümidlərimiz var, yəqin ki, seçiləcəyik.

 

- Rəqiblərinizə və seçkidə mübarizə aparan digər namizədlərə sözünüz nədir?

 

- Dairə üzrə ümumilikdə 14 nəfər mübarizə aparırıq. Seçkiyə ayrı-ayrı partiyalardan və bitərəf olan nümayəndələr qatılıblar. Hər birinə uğurlar arzulayıram. Kim seçiləcəksə, onu təbrik edəcəyik. Əminəm ki, biz qalib gələcəyik və rəqiblərimiz də bizi təbrik edəcəklər. Belə bir nümunəni Azərbaycanda yaratmaq lazımdır. Biz əminik 26-ci dairədə biz qalib gələcəyik. - İlk növbədə kimlərdən təbrik gözləyirsiz? - Təbii ki, ilk növbədə təmsil olunduğum dairədən seçkiyə qatılan bütün namizədlərdən təbrik gözləyirik.

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bəhramı EKMO cihazından ayırdılar - süni tənəffüs aparatına qoşdular

Şuşada da koronavirus TAPILDI

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ

Mediadan Prezidentin Sərəncamına ilkin REAKSİYALAR

"Bu film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissini gücləndirir"

Koronavirusdan bu vasitə ilə qorunmaq olar

Paytaxtdakı partlayışda ölü sayı 18-ə çatdı

Tural Gəncəliyev beynəlxalq konfransda erməni terrorundan DANIŞDI

Cəbhədə gərginlik artıb

Cəbhədə gərginlik

Messi "Barselona"nı tərk EDİR

Atəşkəs rejimi 52 dəfə pozulu

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Səhiyyə Nazirliyi koronaviruslu xəstələri müalicə edən tibb işçilərini topladı

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri