Azərbaycandan Çinə yardım göndərilib

15:49 08-02-2020 | icon 471 | Sosial
Azərbaycandan Çinə yardım göndərilib

Sumqayıt şəhər İcra Hakimiyyəti dostluq və əməkdaşlıq əlaqələri olan Çin Xalq Respublikasının Mienyan şəhərinə tibbi ləvazimatlar göndərib.

 

Versus.Az xəbər verir ki,  Mienyana 100 min ədəd bone, 40 min ədəd maska, 100 min ədəd steril əlcək, 100 min milli litr spirt, 100 min ədəd baxıl, 5 kiloqram xloramin (toz), 1850 tabletka xloramin göndərilib.

 

2019-cu ilin dekabr ayından etibarən Çində yayılan yeni tip koronavirus epidemiyası getdikcə daha çox əraziyə yayılır, qarşısının alınmasında və nəzərət işlərində müəyyən çətinliklər yaşanır.

 

Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Mienyan şəhərində təsdiqlənmiş hallar aşkar edildiyindən, bütün şəhər yoluxmaya qarşı və yoluxmuş xəstələrin müalicəsi üçün birgə mübarizə aparır. Diqqətin əsas epidemiya bölgəsi olan Uhan şəhərinə yönəldiyi üçün Mienyan şəhəri tibbi ləvazimatların çatışmazlığından əziyyət çəkir. Bunu nəzərə alaraq Sumqayıt şəhər İcra Hakimiyyəti dostluq və əməkdaşlıq əlaqələri olan Mienyan şəhərinə tibbi ləvazimatlar göndərməyi qərara alıb.

 

Qeyd edək ki, Çində koronavirusun yeni növünə (2019-nCoV) yoluxanların sayı 31 min 252, bu virus səbəbindən ölənlərin sayı 637, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 26 min 359 nəfərə çatıb. Virusa yoluxanlardan 4821 nəfərin vəziyyəti ağır qiymətləndirilir. İndiyədək virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 314 min nəfər müəyyən edilib, onlardan 186 mini hazırda həkim nəzarəti altındadır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR