SSRİ pasportu ilə yaşayan şəxslər müəyyənləşdirilir

14:59 11-02-2020 | icon 473 | Cəmiyyət
SSRİ pasportu ilə yaşayan şəxslər müəyyənləşdirilir

Dövlət Miqrasiya Xidməti (DMX) SSRİ pasportu ilə yaşayan və ya vətəndaşlığını təsdiq edən hər hansı sənədi olmayan şəxslərin müəyyən edilməsi, müvafiq qaydada sənədləşdirilməsi istiqamətində işlər aparır.

 

Versus.Az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri də vətəndaşlıq məsələləri ilə bağlıdır. Xidmət tərəfindən Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam, habelə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş sorğular araşdırılır. 

 

Eyni zamanda, vətəndaşsızlıq hallarının qarşısının alınması və sayının azaldılması, o cümlədən vətəndaşsızlıq vəziyyətində olan şəxslərin aşkar edilərək sənədləşdirilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Bu insanlar arasında məlumatlılığın artırılması, onların hüquqi statusunun müəyyənləşdirilməsi, yaranan problemlərin həll edilməsi, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən Xidmətin regional miqrasiya idarələrinin iştirakı ilə yerli icra hakimiyyətləri ilə birgə ölkənin şəhər və rayonlarında geniş maarifləndirmə tədbirləri həyata keçirilmiş, çoxsaylı görüşlər təşkil edilmiş, sənədsiz yaşayan şəxslərin aşkar olunması istiqamətində müvafiq işlər görülüb.

 

Görülmüş tədbirlər nəticəsində 2008-2019-cu illər ərzində 1744 nəfər vətəndaşlığı olmayan şəxs Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan vətəndaşlığına qəbul olunub. Hazırda isə heç bir ölkənin vətəndaşlığına mənsub olmayan, ölkə ərazisində keçmiş SSRİ pasportu ilə yaşayan və ya vətəndaşlığını təsdiq edən hər hansı sənədi olmayan şəxslərin Xidmət tərəfindən müəyyən edilməsi və  müvafiq qaydada sənədləşdirilməsi istiqamətində işlər davam etdirilir. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı