Tərtərin icra rəhbərliyi prezidentin sərəncamına niyə məhəl qoymur?

16:56 14-02-2020 | icon 1759 | Cəmiyyət
Tərtərin icra rəhbərliyi prezidentin sərəncamına niyə məhəl qoymur?

Yol kənarında palçıqdan tikilmiş daxmada yaşayan ailəyə hələ də mənzil verilməyib

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev məcburi köçkünlərin evlə təmin olunması üçün 2017-ci ildə sərəncam imzalayıb. Təəssüflər olsun ki, bu sərəncam Zeynalovlar ailəsindən yan ötüb.

 

Versus.Az xəbər verir ki, söhbət Tərtərin Şıxarx qəsəbəsində qeydiyyatda olan, 1994 ildən məcburi köçkün kimi rayonun Mamırlı kəndində yol kənarında palçıqdan tikilmiş bir daxmada yaşayan ailədən gedir. Acınacaqlı durumdur - 84 yaşlı xəstə ana, imkansızlıq ucbatından dağılmış ailə...

 

Məlumat üçün deyək ki, haqqında söz etdiyimiz ailə Prezidentin sərəncamı əsasında evlə təmin olunmalı idi. Amma haqq etdikləri evi ala bilməyiblər, aldadılıblar. Onları aldadanlar isə İcra Hakimiyyəti səlahiyyətliləri Natiq Hüseynov, Abbas Cavadov, Fərhad Nəzərov olub.

 

Torpağı qorumaq üçün 4 oğul böyüdən 84 yaşlı ana hal-hazırda ağır xəstədir. Ananın oğlu Vüsal Zeynalov deyir ki, dəfələrlə icra başçısı Müstəqim Məmmədovun yanına getsələr də, onları təhqir ediblər, "gedin kimə istəyirsiniz deyin, sizə aid bizdə heç nə yoxdur" deyib, qovublar. Vüsal isə xəstə anasını tək qoyub heç yerə çıxa bilmir. Acınacaqlı durumda olan ailə ananın pensiyası ilə çətinliklə yaşayırlar.

 

Qeyd edək ki, sözügedən problemi Ümid Partiyasının sədr müavini, deputatlığa namizəd Tamilla Qulami ictimailəşdirib.

 

Versus.Az İnformasiya Agentliyi qarşı tərəfin də fikirlərini dinləməyə hazırdır.

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı