"7000 ailəlik “Qobu-3” yaşayış kompleksi tikiləcək

14:40 17-02-2020 | icon 305 | Cəmiyyət
"7000 ailəlik “Qobu-3” yaşayış kompleksi tikiləcək

“Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün Bakı və Sumqayıt şəhərləri ilə paralel bölgələrdə də yeni qəsəbələr inşa olunacaq”.

 

Versus.az məlumat verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri  Rövşən Rzayev Beyləqana səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında özəl sektorun böyük köməkliyi var.

Komitə sədri deyib ki, ilin sonuna qədər 7000 ailəlik “Qobu-3” yaşayış kompleksi tikiləcək: “Bu istiqamətdə fəaliyyətimiz başlayıb. Artıq Bakı və Sumqayıt şəhərində tikinti işləri gedir. İnanıram ki, qarşımıza qoyulan tapşırıqlar ilin sonunadək yerinə yetiriləcək”.

 

R.Rzayevin sözlərinə görə, bölgələrdə isə bu il Samux rayonunda məcburi köçkünlər üçün qəsəbə inşa olunacaq: “Sonra isə növbəti rayonlarda qəsəbələr salınacaq. Bunlar ardıcıl olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məruzə olunacaq, verilən tapşırıqlar əsasında işimizi quracağıq”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR