Milli Məclisə seçkilərlə əlaqədar bu müddət maksimum fevralın 18-də başa çatır.

 

 

15:05 17-02-2020 | icon 620 | Gündəm
Milli Məclisə seçkilərlə əlaqədar bu müddət maksimum fevralın 18-də başa çatır.
 
 

Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədlər və siyasi partiyalar tərəfindən yuxarı seçki komissiyalarına şikayət proseduru açıqlanıb.

Versus.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimli mediaya açıqlamasında deyib ki, seçki subyektləri seçki məntəqəsində qanun pozuntuları aşkar edərsə, bununla əlaqədar həmin gün məntəqə seçki komissiyasına müraciət etmək hüququ var.

Seçki subyektləri seçki məntəqəsində ümumilikdə hansısa nöqsanları mübahisələndirmək fikrindədirsə, seçkidən sonra 3 gün ərzində müvafiq dairə seçki komissiyasına (DSK) müraciət edə bilər. Fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar bu müddət 10, 11 və 12 fevral tarixlərini əhatə edir. DSK müraciətə 3 gün ərzində baxaraq qərar verməlidir. Fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar bu müddət fevralın 15-də başa çatır. Əgər müvafiq DSK-nın seçki məntəqələrində baş verən hadisələr, qanun pozuntuları ilə bağlı qərarı seçki subyektlərini qane etmirsə, yaxud DSK-nın hərəkətindən, hərəkətsizliyindən, qərarından qərarı aldığı vaxtdan 3 gün ərzində Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmək hüquqları var.

Milli Məclisə seçkilərlə əlaqədar bu müddət maksimum fevralın 18-də başa çatır.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...