Sabahın hava proqnozu

12:52 18-02-2020 | icon 673 | Gündəm
Sabahın hava proqnozu

Fevralın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz  8-11, Bakıda  gecə 4-6, gündüz  9-11 dərəcə isti olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Versus.Az-a bildirilib ki, atmosfer  təzyiqi 771 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 65-75, gündüz 55-60 faiz olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi cənub rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

 

Havanın temperaturu  gecə  0-5, gündüz  9-14 dərəcə  isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz  1-6 dərəcə isti olacaq. 

 

Tibbi-meteoroloji proqnoz

Fevralın 19-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq