“Xocalı unudulmaz qan yaddaşımızdır”

21:00 25-02-2020 | icon 411 | Mədəniyyət
“Xocalı unudulmaz qan yaddaşımızdır”

Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının təşəbbüsü ilə “Xocalı unudulmaz qan yaddaşımızdır” adlı tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə açılan tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri açıq elan edən YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova çıxıç edib.

 

Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz dərs olduğunu qeyd edən məruzəçi, qanlı olayın dünya ictimaiyyətinə təbliğində Yeni Azərbaycan Partiyası üzvlərinin fəallığını qeyd edib, o cümlədən Milli Azərbaycan Tarixi Muzeyi əməkdaşlarının bu məsələyə müvafiq diqqət ayırdığını bildirib.

 

“Xocalı qətliamı XX əsrin faciəsi” adlı video çarx izlənildikdən sonra muzey əməkdaşlarının məruzələri dinlənilib. YAP “Azərbaycan tarixçiləri” təşkilatının sədr müavini, muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dos. Nasir Quluzadə “Muzeyin Xocalı arxeoloji kolleksiyası”, muzeyin “Numizmatika və epiqrafika” elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova “İşğal olunmuş ərazilərdə aşkarlanan numizmatik tapıntılar”, muzeyin “Elmi kütləvi iş” şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Əli Fərhadov “tolerantlığa gedən yol”, muzeyin Etnoqrafiya fondunun müdiri, t.ü.f.d. Sevinc Nəsirova “Xocalı - Azərbaycan qadınlarının faciəsi”, muzeyin əməkdaşı Gülnar Fərhadova “Xocalı soyqrımının rayonlarda təbliği”, muzeyin Etnoqrafiya elmi fond şöbəsinin kiçik elmi işçisi Fatimə Qəniyeva “Xocalını tanıdaq və yaşadaq” adlı məruzələr təqdim etmiş, muzeyin Etnoqrafiya elmi fond şöbəsinin b.e.i., t.ü.f.d., dos. Tural Şiriyev və “Sənədli mənbələr” fondunun müdiri Esmira Rəhimova Xocalı faciəsinin gələcək nəsillərə aşılanmasının vacibliyini vurğulayıblar.

 

Tədbirin bədii hissəsində “Xocalı” faciəsinə həsr olunmuş “Günahsızlar” filmi (ssenari müəllifi: Jalə Sərdarzadə, rejissor: Mahir Dərviş) izlənilib, Azərbaycan Uşaq və gənclərin Sülh şəbəkəsinin üzvləri Arif Səfərli və Cəmilə Heydərovanın ifasında şeirlər səsləndirilib.

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR