"Tikinti işlərini tamamlayanda sonra Bakıda yaşayan 30 ailəni ora köçürəcəyik"

11:15 26-02-2020 | icon 320 | Sosial
"Tikinti işlərini tamamlayanda sonra Bakıda yaşayan 30 ailəni ora köçürəcəyik"

"İlk növbədə, sosial vəziyyəti ağır olan, çətin şəraitdə yaşayan məcburi löçkünlər mənzillərlə təmin olunacaq".

 

Versus.Az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

 

Onun sözlərinə görə, bu işlər mərhələli şəkildə həyata keçiriləcək.

 

"Bakıda 24 minədək ağır şəraitdə yaşayan ailə mövcuddur. Onlar məktəblər, bağçalar, yarımtikililər, yataqxanalar, pansionatlarda yaşayırlar", - deyə R.Rzayev qeyd edib.

 

Komitə sədri əlavə edib ki, ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq hazırda Bakıda, Abşeron ərazisində, stansiya Sumqayıt adlanan yerdə Komitə tərəfindən sosial mənzillərin tikintiləri davam etdirilir.

 

"Çalışacağıq ki, ilin sonunadək işləri yerinə yetirək. Bildiyiniz kimi, Prezident 7 mindən artıq ailəyə nəzərdə tutulan qəsəbələrin salınması ilə bağlı göstərişlərin verib və hazırda tikintilər sürətlə davam etdirilir. Əgər biz bu il tapşırığı icra edə bilsək, mən isə düşünürəm, biz bunu edə biləcəyik, bu minvalla bir neçə ildən sonra, təbii ki, bu problem aradan qaldırılacaq", - deyə R. Rzayev bildirib.

 

O həmçinin əlavə edib ki, bu il əsasən evlər Bakı şəhərində, Abşeron rayonu ərazisində paylanacaq. Bundan başqa, Samuxda da daha bir qəsəbənin salınması gözlənilir.

 

"Həmçinin, 50 ailəyə nəzərdə tutulan bir bina Ağdamda, 45 ailəlik 1 bina Lənkəranda və 30 fərdi ev Fizuli rayonunda tikilir. Bu, işğaldan azad zonadadır və biz tikinti işlərini tamamlayanda sonra Bakıda yaşayan 30 ailəni ora köçürəcəyik – öz doğma kəndlərinə", - deyə  R. Rzayev qeyd edib.

 

Qeyd edək ki, cari ilin sonunadək Qaradağ rayonunda 1300 ailəlik "Qobu-3" yaşayış kompleksi tikiləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR