...Özünü İNSAN hiss etsin

21:28 29-02-2020 | icon 880 | Köşə
...Özünü İNSAN hiss etsin

Tez bir zamanda bu yaramazlıqlardan qurtulmağı diləyirəm

İLAHƏ SADIQOVA

 

Hər şeyi məhv etdilər bu ölkədə. Təhsil, səhiyyə, elm, sosial şərait və s. Saymaqla bitməz. Bu xaosun içində hələ də elmlə məşğul olmaq arzusunda, çabasında olan insanlar da var, çox şükür.

 

Dünyanın normal ölkələrində, dövləti, milləti önəmsəyən hakimiyyətlərin ən çox investisiya yatırdığı sahələrdir elm və təhsil. Elmi araşdırmaların aparılması üçün dövlət büdcəsindən insanlara maliyyə vəsaitləri ayrılır rahat araşdırma aparmaları üçün. Kitabxanalar maksimum əlçatan olur, hətta bir çoxları az qala 24 saat fasiləsiz fəaliyyət göstərir, elektronlaşdırılır ki, alimlər tozlu kitabların arasında günlərlə onlara araşdırma üçün lazım olan vəsaitləri vaxt itirmədən əldə edə bilsinlər.

 

Bəs bizdə? Bizdə isə bunların tam əksidir. Guya normal bir kitabxanamız var - Axundov kitabxanası - orda da bir məqaləni, bir kitabı tapmaqçün günlərin sərf olunur. Tozun içində kitab, qəzet, jurnal və s. vərəqləmək məcburiyyətində olursan. Axtardığını tapacağının da qarantiyası belə yoxdur.

 

Bu gün də xəbər yayılıb ki, AMEA-nın elmi kitabxanası illik ödənişi artırıb. Onsuz da bu ölkədə elmlə məşğul olmaq istəyən az sayda adam var. Buna səbəb də alimlərə dövlət tərəfindən dəstək olunmaması, öz cibimizdən yüksək məbləğlər ödəyərək məqalələrin çap etdirilməsi, konfranslarda iştirak etməyə pulların ödənilməsi (az sayda pulsuz olanlar da olur), xarici dildə məqalələrin çap olunması üçün fantastik məbləğlərdə tərcümələrə pulların ödənilməsi, Tomson beynəlxalq indeksli jurnallarında 700+ manat ödəməklə nəşr olunmasının mütləq olması, xaricdə konfranslarda iştirak etməkçün öz cibimizdən vəsait xərcləməyimiz və s. və.i.a.

 

Bu sahədə də problemlərimiz olduqca çoxdur, bütün sahələrdə olduğu kimi... Amma bu qədəri də ağ oldu axı. İmkan verin heç olmasa bütün bunlara qatlanan insanlar elmimizə töhfə versin. Hər şeyə rəğmən bu işi görən insanların yollarını maddiyyatla bağlamayın. Tələbələrə süni maneələr yaratmayın. İmkan verin. Rahat nəfəs aldırın insanlara. Bir az da belə getsə, deyəcəklər hava pulu verin!!

 

P.S. Bu il doktoranturanı bitirirəm, bir xeyli də pul xərcləmişəm məqalələrin çapına, konfranslara və s. hələ bir o qədər də xərcləməliyəm. Akademik tərcümələr etdirməliyəm məqalələrimi, elmi işimin referatını və s. Elmi işimin bitməsi üçün hələ də kitabxanalara yolum var. Getməliyəm, araşdırmalarımı yekunlaşdırmalıyam, oxumalıyam, öyrənməliyəm. Bütün bunları düşünəndə, hələ üstəlik gəlir mənbəyimin olmadığını göz önünə gətirəndə "mənim nə işim vardı bu doktoranturada" fikrinə düşmədiyimçün şükr edirəm, məcbur edirlər çünki insanı bu fikri səsləndirməyə.

 

Sevirəm bu işi. Elmi araşdırmaları, elmi mütaliəni. Çox sevirəm. Rahatlanıram sanki. Böyük bir boşluğumu doldururam. Hər insanın bir mənəvi aclığı var, mənim də aclığım budur. Son 1 ildə çox az elmi məqalə yazmışam ötən illərə nisbətən, o üzdən əskik hiss edirəm. Yenidən işimə sarılım gərək. Bu gün bu xəbəri oxumağım məni hiddətləndirdi, nə yalan deyim?!

 

Tez bir zamanda bu yaramazlıqlardan qurtulmağı diləyirəm. Bu məmləkətdə hər kəs istədiyi işlə rahat məşğul ola bilsin: oxusun, öyrənsin, işləsin, əylənsin, istirahət etsin və ən əsası, özünü İNSAN hiss etsin.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR