"Bizimlə müharibə etmək heç kəsin ağlına gəlməsin”

13:29 02-03-2020 | icon 306 | Dünya
"Bizimlə müharibə etmək heç kəsin ağlına gəlməsin”

“Rusiya heç kimlə müharibə etməyə hazırlaşmır”.

 

Versus.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin TASS agentliyinə müsahibəsində deyib.

 

“Biz heç kimlə müharibə etməyə hazırlaşmırıq. Lakin müdafiə sahəsində elə bir vəziyyət yaradırıq ki, bizimlə müharibə etmək heç kəsin ağlına gəlməsin”, deyə Rusiya Prezidenti vurğulayıb.

 

Putin Rusiyanın müdafiə xərclərinə görə dünyada 7-ci yerdə qərarlaşdığını qeyd edib:

“Bu gün Rusiya müdafiə xərclərinə görə, ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Fransa və Yaponiyadan geridədir. Üstəlik, bizim xərclər ilbəil azalır. Digər ölkələrin müdafiə xərcləri isə artır”.

 

Rusiya Prezidenti onu da qeyd edib ki, müdafiə sahəsində unikal vəziyyət yaranıb:

“Biz ilk dəfə olaraq elə hücum sistemləri yaratmışıq ki, heç kimdə bu silahdan yoxdur. Əvvəllər silahı digərləri yaradırdı, sonra biz o silahdan yaradıb onlara çatırdıq. İndi isə onlar bizə çatmaq istəyirlər. Bu, unikal hadisədir, heç vaxt belə olmayıb”.

 

O söhbətin hipersəsli zərbə komplekslərindən, o cümlədən qitələrarası raketlərdən getdiyini bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR