Neft Daşlarında dalğanın hündürlüyü 6 metrə çatıb

14:21 02-03-2020 | icon 281 | Sosial
Neft Daşlarında dalğanın hündürlüyü 6 metrə çatıb

Martın 2-si saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şərq rayonlarında intensiv olub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Versus.Az-a bildirilib ki, şimal-qərb küləyi arabir Maştağada 38, Bakıda 30, Neftçalada 28, Çilov adasında 27, Sumqayıt, Balakəndə 25, Pirallahı, Neft Daşlarında 26, Tərtərdə 23, Naftalan, Zabratda 22, Ələt, Ağstafa, Tovuzda 20, Altıağac, Binədə 19, Xaçmaz, Salyan, Ağdərədə 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6 metrə çatıb.

 

Düşən yağıntının miqdarı Lənkəranda 29, Astarada 28, Zərdab, İmşlidə 14,  Beyləqanda 12, Yardımlı, Lerikdə 9, Kürdəmir, Neftçalada 8, Sabirabadda 7, Cəfərxanda 5, Bərdədə 4, Tərtər, Salyan, Biləsuvarda 3, Göyçayda 2, Mingəçevir, Kişçay (Şəki), Naftalan, Gəncə, Şəmkir, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Daşkəsən, Gədəbəy, Göygöl, Şahdağ, Xınalıq, Qrız, Qusarda 1, Bakıda və Abşeron yarımadasında 2 mm olub.

 

Qar örtüyünün hündürlüyü Lerikdə 18, Qrızda 17, Sarıbaşda (Qax) 12, Yardımlıda 8, Xınalıqda 4, Daşkəsən və Göygöldə 1 sm-ə çatıb.

 

Havanın minimal temperaturu  dağlıq rayonlarda 3, yüksək dağlıq rayonlarda isə 8 dərəcəyədək şaxta olub.

 

Qeyd: Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti martın 3-ü səhərədək davam edəcək, martın 2-dən 3-nə keçən gecə şimal-qərb küləyi mülayimləşəcək. Martın 3-ü gündüz hava şəraiti əsasən, yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı