Araz Əlizadədən növbəti anti-türk AÇIQLAMA

09:42 06-03-2020 | icon 265 | Siyasət
Araz Əlizadədən növbəti anti-türk AÇIQLAMA

“Ankara Suriyada terrorçulara dəstək olur”

 

“Türkiyənin Suriya ərazisində hərbi əməliyyatlar aparılması düzgün deyil”.

 

Versus.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Sosial Demokrat Partiyasının sədri, eks-deputat Araz Əlizadə deyib.

 

O, Türkiyənin Suriyadakı hərbi əməliyyatlarına, İdlib bölgəsində terrorçulara qarşı mübarizəsinə münasibətini bu cür ifadə edib:

 

“Türkiyə həmin bölgəyə özü gedib çıxıb. Rəsmi Ankaranı Suriya hökuməti dəvət etməyib. Amma Türkiyənin də bu bölgədə maraqları var, öz sərhədlərini qorumaq istəyir. Ona görə, İdlibə qoşunların yeridilməsi bir qədər məqsədəuyğundur. Lakin Suriya ərazisində hərbi əməliyyatların aparılması düzgün deyil. Soçi sazişinə görə, Türkiyə sərhədlərini qorumaq üçün terrorçuları oradan sıxışdırıb, çıxarmalı idi. Əslində isə terrorçulara dəstək olub, Suriya dövlət qoşunlarına qarşı döyüş aparırlar”.

 

Qeyd edək ki, Türkiyənin İdlibdə başladığı “Bahar qalxanı” hərəkatı nəticəsində 3 təyyarə, 8 helikopter, 3 PUA, 151 tank, 47 top, 8 havadan müdafiə raket sistemi, 12 tank əleyhinə silah, 4 minaatan, 24 zirehli maşın, 27 zirehli döyüş maşını, 34 silahlı aparat, 60 hərbi vasitə və 10 silah-sursat anbarı məhv edilib, 3138 rejim ünsürü zərərsizləşdirilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR