AŞPA-nın bütün iclasları təxirə salınıb

10:48 10-03-2020 | icon 365 | Dünya
AŞPA-nın bütün iclasları təxirə salınıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasları təxirə salınıb.

 

Versus.Az təşkilatın saytına istinadən xəbər verir ki, koronavirusa görə mart ayının sonuna qədər AŞPA-nın və köməkçi qurumların bütün iclaslarının təxirə salınması ilə əlaqədar qərar qəbul edilib.

 

Buraya Assambleyanın Hüquq Məsələləri Komitəsinin (Paris, 10 mart), Sosial Məsələlər Komitəsinin (Paris, 12 Mart), Mədəniyyət Komitəsinin (Paris, 16 Mart), Miqrasiya Komitəsinin (Paris, 19 Mart), Bərabərlik Komitəsinin (Paris, 20 Mart) və Monitorinq Komitəsinin (Ankara, 30-31 mart) iclasları aiddir.

 

Qərar Avropa Şurasının ev sahibi olan ölkə Fransa və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun olaraq qəbul edilib. Qərar parlament üzvlərinin və katibliyin sağlamlığı və təhlükəsizliyini qorumaq, həmçinin virusun daha da yayılmasının qarşısını almaq məqsədi daşıyır.

 

Eyni zamanda AŞPA heyətinin bütün vacib olmayan səfərləri də təxirə salınıb.

 

Assambleyanın 20-24 aprel tarixlərinə nəzərdə tutulan növbəti plenar iclasının keçirilməsi ilə bağlı müvafiq qaydada qərar qəbul ediləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı