Azərbaycanda bu il "Bitcoin" səfirliyi açılacaq

15:32 11-03-2020 | icon 454 | İqtisadiyyat
Azərbaycanda bu il "Bitcoin" səfirliyi açılacaq

Azərbaycanda "Bitcoin" səfirliyi ("Bitcoin Embassy Azerbaijan") bu ilin ilk yarısının sonunda açılacaq.

 

Versus.Az xəbər verir ki, bu barədə layihənin rəhbəri Səbinə Məmmədli deyib.

 

Onun sözlərinə görə, səfirliyin açılmasına dair müzakirələr aprel ayında başlanacaq:

"Layihənin icrasına dair müqavilə, ilk növbədə, Gürcüstan və Ukrayna ilə imzalanacaq. Hesab edirəm, apreldə aparılacaq müzakirələrdən sonra Azərbaycanda "Bitcoin" səfirliyi iki ay ərzində açıla bilər. Belə ki, Gürcüstan tərəfi bizimlə artıq müqavilə imzalamağa hazırlığını bildirib. "Bitcoin" səfirliyinin açılması Azərbaycanda kriptovalyutalara bağlı layihələri dəstəkləməyə imkan yaradacaq".

 

Qeyd edək ki, hazırda "Bitcoin" səfirliyi Gürcüstanda ("Bitcoin Embassy Georgia") fəaliyyət göstərir. Bu ölkədən olan tərəfdaşın təşəbbüsü ondan ibarətdir ki, Azərbaycanda da "Bitcoin" səfirliyi fəaliyyət göstərsin. Təklif "blockchain" sahəsi üzrə mütəxəssislər tərəfindən universitetin informasiya texnologiyaları fakültəsində təhsil alan tələbələrə blockchain mövzusunda tədrisin təşkil edilməsindən ibarətdir. "Bitcoin Embassy"nin fəaliyyəti həmçinin konfransların, görüşlərin, leksiyaların təşkili, eləcə də "blockchain" sahəsində fəaliyyət göstərən startaplara dəstək verilməsindən və təcrübə mübadiləsindən ibarət olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR