Sosial izolyasiya düzgün addımdır

15:27 14-03-2020 | icon 1063 | Sağlamlıq
Sosial izolyasiya düzgün addımdır

"Azərbaycanda koronavirusa görə bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi barədə qərarın verilməsi çox düzgün addımdır".

Versus.Az trend-ə istinad'nxəbər verir ki, bunu  Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi dövlət üçün ən vacib və prioritet məsələdir:

"Hazırda Azərbaycan hökuməti ÜST-ün tövsiyyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib. Vaxtında verilmiş bu qərarın icrası ölkədə epidemioloji vəziyyətin gərginləşməməsinə, xəstəliyin insanlar arasında yayılmamasına imkan verəcək. Bu qərarın icrası vətəndaşların layiqli həyat şəraitinin, onların təhlükəsizliyinin təmin edilməsinə və hazırkı qlobal problemin təsirindən müdafiəsinə yönəlib".

İ.Ağayev əlavə edib ki, koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələrində geniş yayıldığı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal pandemiya elan etidiyi şəraitdə belə bir tədbirin həyata keçirilməsi olduqca vacib idi.

 

Baş epidemioloq tətbiq olunan qaydaların təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyduğunu da nəzərə çatdırıb.

O hesab edir ki, tətbiq olunan qaydalar milli təhlükəsizlik və milli həmrəylik məsələsi olduğu üçün tutduğu mövqedən, baxışlarından asılı olmayaraq, hər bir vətəndaş qaydaların icrasında maksimal şəkildə diqqətli və məsuliyyətli olmalıdır.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR