Mübariz Mənsimovun azadlığı ilə bağlı Prezidentə MÜRACİƏT

12:47 21-03-2020 | icon 600 | Cəmiyyət
Mübariz Mənsimovun azadlığı ilə bağlı Prezidentə MÜRACİƏT

"Prezidentin Mübariz Mənsimovun həbsdən azad edilməsi ilə ədalətin zəfər çalmasına yardımçı olacağına ümidvarıq"

 

Azərbaycan ziyalılıarı  Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana Mübariz Mənsimovla bağlı müraciət ünvanlayıb.

 

Versus.Az həmin müraciəti təqdim edir.

 

"Hörmətli cənab Prezident!
Biz, bu müraciəti imzalayan bir qrup Azərbaycan ziyalısı Palmali Şirkətlər Qrupunun təsisçisi və sahibi Mübariz Qurban oğlu Mənsimovun 15 mart 2020-ci il tarixində İstanbul Respublika Baş Prokurorluğu tərəfindən saxlanılması və ondan iki gün sonra məhkəmə qərarı ilə həbs edilməsi ilə bağlı olaraq Sizə müraciət edirik. Xatırladırıq ki, yaxın vaxtda cərrahiyyə əməliyyatına məruz qalmış Mübariz Mənsimovun qardaş Türkiyə Cümhuriyyətində həbs olunması Azərbaycan ictimaiyyətini, o cümlədən bu müraciəti imzalayan ziyalıları ciddi şəkildə narahat edir. Azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun 20 il bundan əvvəl yaratdığı və əsas fəaliyyət məkanı qardaş Türkiyə olan "Palmali" şirkətlər qrupu 2018-ci ildə “Clarkson” şirkətinin keçirdiyi araşdırmalara görə dünya dənizçilik şirkətləri arasında 7-ci yeri tutub. 5 qitə və 7 dənizdə xidmətlər göstərən və Türkiyədə dənizçilik sənayesinə ən böyük gəlir və fayda gətirən "Palmali" şirkətlər qrupunda hazırda 35 minə qədər işçi çalışır.


Cənab Prezident, Sizin rəhbərlik etdiyiniz dövr ərzində Türkiyə iqtisadiyyatına milyardlarla dollar yatırımlar qoymuş bu şirkətin rəhbəri Mübariz Mənsimov Azərbaycanda və Türkiyədə həm də xeyriyyəçi kimi böyük nüfuz və hörmət qazanıb. Son 20 il ərzində 20 mindən çox tələbəyə təqaüd verən, Türkiyədə Bolu və Ardahanda 2 ibtidai məktəb binaşısını inşasını təmin edən şirkətin rəhbəri Mübariz Mənsimov Azərbaycanda və Türküyədə həm də vətənsevər, milliyətçi iş adamı, insanlara maddi və mənəvi dəstək olan, cəmiyyət üçün faydalı bir şəxsiyyət olaraq tanınır və sevilir.


Möhtərəm cənab Prezident!
Mübariz Mənsimova qarşı irəli sürülən ittihamların əsassız olduğu bizdə şübhə doğurmadığından, onunla bağlı araşdırmaların ədalətli olacağına inandığımızdan, Türkiyə ədliyyə sisteminə güvəndiyimizdən sizə müraciət edib bildiririk ki, Mübariz Mənsimovun qanuna zidd hərəkətlərə yol verməsi və ya onun hər hansı qanunsuz əməldə iştirak etməsi ehtimalına inanmırıq. Odur ki, biz, bu müraciətə imza atan Azərbaycan ziyalıları Sizdən xahiş edirik ki Mübariz Mənsimovun barəsind həbs qətiimkan tədbirinin dəyişdirilməsinə və onun istintaqının onun azadlığı şəraitində aparılmasına yardımçı olasınız və bu cinayət işini öz nəzarətinizə götürəsiniz. Aparılan istintaq nəticəsində ən qısa müddətdə Mübariz Mənsimovun günahsız olaraq tanınacağına inamımız sonsuzdur. Əminik ki, Mübariz Mənsimovun bütün fəaliyyəti hər iki qardaş dövlətə: Azərbaycana və Türkiyəyə xidmət, sədaqət və sevgi üzərində qurulub. Ümidvarıq ki, möhtərəm Prezident, Mübariz Mənsimovun həbsdən azad edilməsi ilə ədalətin zəfər çalmasına yardımçı olacaq, milyonlarla azərbaycanlının qəlbində bəslənilən Türkiyə sevgisıni daha da gücləndirəcəksiniz.

 

Dərin hörmət və ehtiramla,

Behrudi Rüstəm, Mahmud Kaşqari adına beynəlxalq mükafat laureatı, Türk dünyası uluslararası şeir festivalının altun mükafatınıın (böyük ödül) sahibi, şair-filosof

Əzimov Hacıbaba, Tarix elmləro doktoru, professor, İstiqlalçı millət vəkili, müstəqillik aktının müəllifi

Həsənli Cəmil, ABŞ-ın Vudro Vilson Mərkəsinin araşdırmaçısı, tarixçi professor

İbadoğlu Qubad, ABŞ-ın Rutgers Universitetinin iqtisadçı professoru

Qeybulla Adil, tibb elmləri doktoru, professor

Məhərrəmli Qulu, professor, qəzetçi

Məmmədov Saleh, iqtisad elmləri doktoru, professor, keçmiş maliyyə naziri".

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...