Bakı küçələri axşam saatlarında yuyulub

12:53 24-03-2020 | icon 1009 | Gündəm
Bakı küçələri axşam saatlarında yuyulub

Artıq bir neçə gündür ki, koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında xüsusi Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən xüsusi texnikalar vasitəsi ilə şəhərin küçələrinin yuyulması aparılır.

 

Versus.Az Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, bu prosses gündəlik olaraq səhər saat 05:00-dan 08:00-dək, axşam saatlarında saat 21:00-dan 23:00-dək keçirilir. 

 

Ötən gün axşam saatlarında paytaxtın Nizami, Xətai, Sabunçu, Suraxanı, Xəzər, Yasamal, Nəsimi  rayonlarında keçirilən yuyulma işləri bu səhər yenidən  Nizami, Xətai, Sabunçu, Suraxanı, Xəzər, Yasamal, Nəsimi və Səbail rayonlarında davam etdirilib. Bu proses paytaxtın bütün rayonlarındakı əsas, köməkçi və ara küçə və yolları əhatə edir. 

 

Bundan əlavə gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, lift kabinlərində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə kommunal və digər aidiyyəti qurumlar tərəfindən dezinfeksiyaedici tədbirlər aparılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”