Tanınmış iş adamı Prezidentin koronavirusla bağlı qərarına dəstək verib

12:58 24-03-2020 | icon 447 | Cəmiyyət
Tanınmış iş adamı Prezidentin koronavirusla bağlı qərarına dəstək verib

“Dünyanı ağuşuna alan yeni növ koronavirus mükəmməl iqtisadi sistemə malik olan dövlətləri böyük çətinliklərlə üz-üzə qoyub. Azərbaycanda isə virusun yayılmasının qarşısını almaq üçün müvafiq tədbirlər zamanında görülüb. Prezident İlham Əliyev virusla mübarizəyə əvvəlcə 10 milyon, daha sonra 20 milyon manat pul ayırdı. Ardından virusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqında sərəncam imzaladı. Həmçinin Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı 1 milyard manat pul ayırıb. Görülən tədbirlər sırasında Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını xüsusi qeyd etmək lazımdır”.

 

Versus.Az xəbər verir ki, bu, təsisçisi Loğman Zülfüqarlı olan “Bakı İnşaat Sənaye” ASC-dən bildirilib.

 

Qeyd olunub ki, Prezidentin dediyi kimi, indi hər kəsdən həmrəylik və məsuliyyət tələb olunur:

“Cənab Prezidentin yaratdığı fondun məqsədi “Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək”dən ibarətdir və bu fondun fəaliyyəti bütünlükdə ölkə insanının xilası deməkdir. Loğman Zülfüqarlı hər zaman olduğu kimi ölkəmizdə bütün nəcib təşəbbüslərə dəstək verir və möhtərəm Prezidentin çağırışına uyğun qərar verilib. O, bu məqsədlə Fondun bank hesabına şəxsi maliyyə vəsaiti hesabına 50 min manat pul köçürüb”.

 

“Bakı İnşaat Sənaye” ASC-dən bildirilib ki, istehsalat sahələrində koronavirus infeksiyasının önlənməsi üçün də uyğun addımlar atılıb, dezinfeksiya işləri görülüb. İşçilərin infeksiyaya yoluxmaması üçün xüsusi tədbirlər gerçəkləşdirilib.

 

Xatırladaq ki, Fond 2020-ci il dekabrın 31-dək fəaliyyət göstərəcək. Bu müddətin Prezident tərəfindən uzadıla biləcəyi də qeyd olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...