"Azərsu" mənzillərin daxilində olan sayğacların oxunmasını müvəqqəti dayandırır

14:05 24-03-2020 | icon 1089 | Gündəm
"Azərsu" mənzillərin daxilində olan sayğacların oxunmasını müvəqqəti dayandırır

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirus infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən zəruri tədbirlər görülür. 

 

Versus.Az xəbər verir ki, “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, bu tədbirlərin tərkib hissəsi olaraq “Azərsu” ASC-nin əməkdaşları ilə vətəndaşların təmasını minimuma endirmək üçün 24.03.2020-ci il tarixindən əhali qrupuna aid mənzillərin və həyət evlərinin daxilində yerləşən mexaniki sayğacların göstəricilərinin sayğaca baxış keçirməklə oxunması müvəqqəti dayandırılır. 

 

Onun sözlərinə görə, bununla əlaqədar cari ayda sərf edilmiş suyun həcmi əvvəlki 12 aylıq dövrdə istifadə edilmiş orta aylıq həcmə əsasən informasiya sistemi tərəfindən avtomatik olaraq müəyyən ediləcək. Sonradan sayğaca baxış keçirilərkən faktiki göstəriciyə uyğun olaraq orta sərfiyyat üzrə aparılmış hesabatlara düzəlişlər ediləcək.

 

Eyni zamanda abonentlər təqdim edilən “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturaların formalaşdırılması” elektron xidmətindən (https://www.e-gov.az/az/login/index/…) istifadə etməklə sayğacın faktiki göstəricisinə əsasən formalaşmış eleltron bildiriş-faktura əldə edə bilərlər.

 

Pilləkən qəfəsələrində, mənzillərin və həyət evlərinin xaricində quraşıdırlmış sayğacların oxunması isə əvvəlki qaydada davam etdirilərək bildiriş-fakturaların abonentlərlə təmas qurmadan ünvanların girişinə yerləşdirilməsi təmin olunacaq.

Yaranacaq suallarla bağlı vətəndaşlar 955 saylı Zəng Mərkəzinə müraciət edə bilərlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”