“Meyvəli” Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı

14:23 25-03-2020 | icon 439 | İqtisadiyyat
“Meyvəli” Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı

Meyvə-tərəvəzlərin topdan və pərakəndə satışı sahəsində müasir standartlara cavab verən “Meyvəli” MMC korporativ sosial məsuliyyət çərçivəsində koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə üçün ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.

 

Qeyd edək ki, “Meyvəli” MMC prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat məbləğində vəsait ayırıb.

 

Şirkətin baş direktoru Əbülfət Qocayev bildirib ki, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına təsirini məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini daim dəstəkləyirik. Direktor onu da əlavə edib ki, virusa yoluxma hallarının qarşısını almaq məqsədilə “Meyvəli” MMC-nın ərazisində mütəmadi olaraq dezinfeksiya işləri davam etdirilir və profilaktik tədbirlər görülür.

 

Meyvəli MMC-nin əsas yaranma məqsədi Azərbaycan Respublikasında ölkə əhalisinin tələblərinə cavab verməklə yerli fermerlərin kənd təsərrüfatı məhsullarını keyfiyyətli və rahat şəkildə yerli bazara çıxarılmasını təmin etməkdir. Bunun üçün Meyvəli Bakı şəhərnin girişində yerləşməklə ölkənin hər bir istiqamətindən gətirilən kənd təsərrüfatı məhsullarının rahat şəkildə paytaxta gətirilməsinə şərait yaratmışdır.

 

Meyvəli nəinki regionda və hətta MDB məkanında analoqu olmayan meyvə-tərəvəz bazası olmaqla ölkənin inkişaf tempinə öz dəstəyi və əhalinin rifahının yaxşılaşdırılması və yeni iş yerlərinin açılması baxımından da öz əvəzedilməz tövhəsini vermişdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR